BAKI, 18 mart — Sputnik. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədilə yeni sayt hazırlayıb.
İSİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, izləyicilərin ixtiyarına verilən www.koronavirus.az veb-saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alır.
Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.
Yeni saytın yaradılmasında əsas məqsəd koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim edilir. Saytın materialları həmçinin izləyicilərə İSİM-in rəsmi saytında yaradılmış “Koronavirus haqqında məlumat” bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunur.
İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.
BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir.
Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib.
BAKI, 16 yanvar — Sputnik. Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, kiçik sirri barədə o, özünün "Instagram" səhifəsində yazıb.
Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Посмотреть эту публикацию в Instagram
37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içkisi içdiyini açıqlayıb.
Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.
"Çəki itirməkdən əlavə, enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim", - deyə məşhur vurğulayıb.
Ketonlar - piylərin ayırdığı molekullardır. Karbohidrat pəhrizinə (məsələn, Atkins pəhrizi) keçdikdə ketonların səviyyəsi artır.
Ketonlu içkilərin effekti onların bir müddət hüceyrələr üçün əsas qida mənbəyi qismində piy və qlükoza əvəzinə istifadəsindədir.
BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.