CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 3 nəfər koronavirusdan sağaldı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib

BAKI, 14 mart — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Bir nəfər isə xəstəlikdən vəfat edib.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Xəbər lenti
0