Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa görə yaradılan qərargahdan ilk qərar

75
İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər

BAKI, 27 fevral — Sputnik. Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin yanında qərargahdan məlumat verilib.

Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

75
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı

TƏBİB: Vəziyyətin belə olacağını gözləmirdik

291
(Yenilənib 20:02 03.06.2020)
Bayramlı yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib.

BAKI, 3 iyun - Sputnik. “Biz vəziyyətin belə olacağını gözləmirdik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

O, yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz”.

291
Xəstəxana, arxiv şəkli

Bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

13
Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur.

BAKI, 3 iyun - Sputnik. "Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".

13
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib

Bu gün "Keşikçidağ" istiqamətində təxribat törədiləcək?

0
DSX: “Keşik­çidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat törədəcəyi barədə məlumat­lar əldə olunub

BAKI, 4 iyun - Sputnik. İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

0