Telefon, arxiv şəkli

Bu nömrələri yazın: Koronavirusla bağlı sualı olanlara cavab veriləcək

710
(Yenilənib 19:50 27.02.2020)
Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməyib və narahatlıq üçün heç bir əsas yoxdur

BAKI, 27 fevral — Sputnik. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməyib və narahatlıq üçün heç bir əsas yoxdur.

710
Əlaqədar
Xəstələnən qaldı kənarda, taksi müzakirə mövzusu oldu
Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?
İranda koronavirusdan ölənlərin sayı artır – Cümə namazı isə...
Çində yayılan dəhşət durmaq bilmir – Yeni rəqəmlər
Çarəsiz vaxtlar: bərbər özünü koronavirusdan belə qorudu - VİDEO
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yeni yoluxanların sayında ciddi artım var

7
Son sutkada Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər isə bu xəstəlikdən vəfat edib.

BAKI, 28 oktyabr — Sputnik.Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir. Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.

7
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Daha 20 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
Koronavirus daha tez öldürməyə başlayıb
Koronavirus da öz işindədir: Azərbaycanda bir sutkada 230 nəfərdə COVID-19 aşkarlandı
Qoca erməni

Astronomik rəqəmlər - Ermənistanda yoluxanların sayı artır

26
(Yenilənib 13:19 28.10.2020)
Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

BAKI, 28 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 82651-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2241 nəfər artıb.

Ermənistanda son gündə daha 21 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1243-ə çatıb. Xəstəlikdən sağalanların sayı 52508 nəfər olub. Hazırda bu ölkədə 28548 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44 milyonu keçib, 1,17 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

26
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

0
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

0
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO