Kliniki Tibbi Mərkəz, arxiv şəkli

Kliniki Tibbi Mərkəzdə koronavirusa görə saxlananların sayı açıqlandı: biri 3 ölkə dəyişib

20
(Yenilənib 09:50 14.02.2020)
Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir

BAKI, 14 fevral — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:

"Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir".

20
Əlaqədar
Koronavirus xəstələrinin sayının kəskin artımının səbəbi bəlli oldu
Çində qiymətlər sürətlə bahalaşdı – Koronavirus səbəbindən
Koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirilənlərin müayinəsinin nəticələri açıqlandı
Koronavirus azmış kimi - Alimlər yeni naməlum virus tapıblar
Koronavirusun bu yolla yayıla biləcəyini heç kim gözləmirdi
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı

TƏBİB: Vəziyyətin belə olacağını gözləmirdik

282
(Yenilənib 20:02 03.06.2020)
Bayramlı yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib.

BAKI, 3 iyun - Sputnik. “Biz vəziyyətin belə olacağını gözləmirdik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

O, yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz”.

282
Xəstəxana, arxiv şəkli

Bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

12
Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur.

BAKI, 3 iyun - Sputnik. "Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".

12
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0