Xəstəxanada növbə, arxiv şəkli

Yaşıl qırmızı indi təkcə işıqforda olmayacaq - Xəstəxanalar da DYP sisteminə keçir

1238
Agentlikdən bildirdilər ki, pasiyent "yaşıl gediş"lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. İcbari tibbi sığortanın tətbiqi bütün ölkəni əhatə etməsə də artıq icbari tibbi xidmətə keçən tibb müəssisələrində "yaşıl gediş" və "qırmızı gediş"lər mövcuddur. Bu məsələ bəzi pasiyentlər üçün hələ də qaranlıqdır. Sputnik Azərbaycan xəstəxanalarda "yaşıl gediş" və "qırmızı gediş"lərin fərqini və əhəmiyyətini araşdırıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, Agentliyin müəyyən etdiyi "yaşıl gediş"dən kənar tibb müəssisələrinə müraciət edən pasiyentlərə müştərək maliyyələşmə və ya azadolma məbləğləri tətbiq ediləcək. Hansı ki, icbari tibbi sığorta tətbiq edilən xəstəxanalarda " yaşıl gediş" və "qırmızı gediş"lər artıq mövcuddur. Agentlikdən bildirdilər ki, pasiyent "yaşıl gediş"lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək. Bu zaman o, öncə ailə həkiminə müraciət edəcək. Ailə həkiminin göstərişi olarsa, ambulator poliklinikalara göndəriş veriləcək. Ambulator müayinədən sonra lazım olarsa, stasionar müalicəyə yönləndiriləcək. Tələb olunan hallarda cərrahi əməliyyatlar icra ediləcək. Bu qaydada müraciət olunarsa, sığortaolunanlar heç bir ödəniş etməyəcəklər.

"Qırmızı gediş"də isə əgər pasiyentlər birbaşa ambulator və ya stasionar xidmətə və ya yaşadıqları ərazidə deyil, digər rayonda, şəhərdə həkimə müraciət etmək istəyirlərsə və həmin xidmət təcili deyilsə, planlı şəkildə olursa, bu zaman müştərək maliyyələşmə və ya azadolma məbləği tətbiq ediləcək: "Çünki biz ailə həkimi institutlarını genişləndirmək istəyirik ki, vətəndaşlar ilk olaraq onlara müraciət etsinlər, problemlərin qarşısı yerindəcə alınsın. Əgər pasiyent ondan imtina edərək birbaşa xəstəxanaya müraciət edərsə, 5 manat məbləğində müştərək maliyyələşmə məbləğini ödəməlidir. Yaşadığı regiondakı digər rayonda həkimə müraciət edirsə, bu zaman 15 manat ödəməli olacaq. Vətəndaşlar bir tibbi ərazi bölməsindən digərinə gedərək orada tibbi xidmət almaq istəyirsə, 30 manat ödəyərək tibbi xidmətlərdən yararlana biləcəklər. Əgər vətəndaşın alacağı xidmətlərin dəyəri 100 manatdan yüksək olarsa, pasiyent 90 manat ödəməli olacaq".

© State Agency on Mandatory Health Insurance
Müştərək maliyyələşmə məbləğinin tətbiqi sxemi

Agentlik icbari tibbi sığorta sistemində tətbiq edilən müştərək maliyyələşmə məbləğinin toplanmasına da aydınlıq gətirib: "Qırmızı gediş" də bütün ödənişlər nağdsız qaydada qəbul ediləcək : "Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hər bir xəstəxanada POS-terminalların quraşdırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi 24 regionda POS-terminallar quraşdırılıb. Heç bir ödəniş nağd şəkildə qəbul edilməyəcək. Biz Beynəlxalq Bankla əməkdaşlıq edirik. Ərazisi böyük olan rayonlardakı xəstəxanalarda bankın filialları da yaradılıb. Kartı olmayan, ancaq nağd qaydada ödəmək imkanı olan vətəndaşlar da müştərək maliyyələşmə məbləğlərini ödəyə biləcəklər. Belə ki, Beynəlxalq Bankla əməkdaşlıq nəticəsində xüsusi plastik kartlar sifariş olunaraq xəstəxanalara çatdırılıb. Həmin vətəndaşlar bu adsız kartlar vasitəsilə öz ödənişlərini həyata keçirə biləcəklər. Bunun üçün xəstəxanalarda olan filiallara müraciət edərək həmin kartları pulsuz əldə edəcəklər. Ödəniş aparatları vasitəsilə öz vəsaitlərini həmin karta yatıracaqlar. Sonra POS-terminal vasitəsilə müştərək maliyyələşmə məbləğlərini və əlavə xidmətlərə görə digər ödənişlərini həyata keçirəcəklər".

Agentlikdən bildirirlər ki, xəstəxanalarda fililalların kassaları da olacaq. Həmin kassalar böyük xəstəxanalarda, göndəriş sayı minimum 2000-3000 nəfər olan tibb müəssisələrində qurulacaq: "POS-terminallar vasitəsilə xidmət haqlarının qəbulu mümkün olmadıqda bank əməkdaşları ödənişlərin qəbul edilməsində bizə yardım edəcəklər. Vətəndaşlar vaxt itirməsin deyə bəzi ödənişləri nağd qaydada bankın kassasına ödəyə biləcəklər".

Qeyd edək ki, artıq ölkənin 24 regionunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Digər bölgələrdə, o cümlədən paytaxtda fəaliyyət göstərən əksər xəstəxana və tibb müəssisələri də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarəetməsinə verilib. Sığorta ödənişlərinin toplanmasına isə bu il aprelin 1-dən başlanacaq.

1238
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı

TƏBİB: Vəziyyətin belə olacağını gözləmirdik

295
(Yenilənib 20:02 03.06.2020)
Bayramlı yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib.

BAKI, 3 iyun - Sputnik. “Biz vəziyyətin belə olacağını gözləmirdik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

O, yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz”.

295
Xəstəxana, arxiv şəkli

Bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

13
Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur.

BAKI, 3 iyun - Sputnik. "Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".

13
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib

Bu gün "Keşikçidağ" istiqamətində təxribat törədiləcək?

0
DSX: “Keşik­çidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat törədəcəyi barədə məlumat­lar əldə olunub

BAKI, 4 iyun - Sputnik. İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

0