CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azlığı da, çoxluğu da dərd verir: İyirmi doqquz rayonumuzun əhalisi təhlükədə

© AFP 2023 / PHILIP FONGБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünya əhalisinin təxminən 29%-i yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uşaq bağçalarında qidalanmanın tənzimlənməsi, qida rasionunun tətbiqi və yod çatışmazlığının aradan qaldırılması istiqamətində müəyyən işlər görülür. AQTA sədri Qoşqar Təhməzli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib. O bildirib ki, ölkənin yod xəritəsi çıxarılmalıdır və müəyyənləşdirilməlidir ki, yod çatışmazlığı nələrdə var. AQTA sədrinin sözlərinə görə, Azərbaycanda endemik zonalara görə qida rasionlarının tətbiqi məsələsi də gündəmə gələ bilər.

"Çünki Azərbaycanda elə zonalar var ki, orada yod çatışmazlığı var.  Buna görə də böyüməkdə olan nəslin qida rasionunda dəyişiklik edilməlidir", - deyə Q.Təhməzli açıqlamasında bildirib.

AQTA sədrinin sözlərinə görə, artıq 1206 uşaq bağçasında yoxlamalar bitib, təxminən 300-ə yaxın uşaq bağçasında isə yoxlamalar davam edir.

Azərbaycan Tibb Universitetinin cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov yod çatışmazlığı ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb:

- Yod çatışmazlığı və onun fəsadları nədir?

Врач указывает на снимок головы пациента - Sputnik Azərbaycan
SƏHİYYƏ
Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər

-  Asiya, Afrika və Latın Amerikası ölkələri, Azərbaycan da daxil olmaqla bir çox Avrasiya ölkələri yod çatışmazlığı üçün endemik bölgələrdir. Tiroid hormonlarının tərkib hissəsi olan yod orqanizmin normal böyümə və inkişafı üçün vacib mikroelementdir. Yod çatışmazlığının səbəb olduğu xəstəliklər səhiyyənin qlobal problemi kim qəbul edilir. Dünya əhalisinin təxminən 29%-i, yəni 1 milyard insan yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir. Digər tərəfdən, yod çatışmazlığı hər il 30000 ölü doğulma və 120000 gerizəkalı, lal, kar və ya iflic körpənin doğulmasına səbəb olur. Son elmi araşdırmalara görə, doğulduqdan etibarən yod çatışmazlığı əqli səviyyədə (İQ) 13,5 bal azalmaya səbəb olmaqla uşaqların öyrənmə qabiliyyətində azalma və qavrama çətinliyi, nəticədə məktəbdə müvəffəqiyyət qazanma faizində azalma müşahidə olunur.

- Gündəlik olaraq nə qədər yod qəbul etməliyik?

- Gündəlik olaraq 150 mkq yod qəbul edilməlidir. Hamiləlik zamanı qadınlarda bu miqdar 220 mkq, südverən analarda isə 290 mkq-dır.

- Bununla bağlı müəyyən tədqiqatlar aparmısız. İstəyərdim, bu haqda bizə məlumat verəsiniz.

- Tədqiqat apardığımız illərdə respublikanın dağlıq rayonlarının əhalisi arasında orta dərəcədə yod çatışmazlığı aşkar olunub. Yəni 90-cı illərin sonunda yod qəbulu normal səviyyyədə olmadığından hətta bəzi bölgələrdə ağır yod çatışmazlığı müşahidə olunurdu. 1998-ci ildə 8-14 yaşlı məktəblilərdə aparılmış ultrasəs müayinəsinin nəticələrinə əsasən, endemik bölgədə urun rastgəlmə tezliyi 98-100%, qeyri-endemik bölgələrdə isə (Bakı, Lənkəran) - 77-86%-ə çatıb. Bu səbəbdən yod çatışmazlığının profilaktikası üçün hazırlanmış proqramlarda yodlaşdırılmış duz qəbulu ən asan və ən effektiv  üsul hesab edilib. Yod çatışmazlığını aradan qaldırmaq üçün gərək ki, gündəlik yod qəbulunda artım olsun. Bunun üçün ən çox qəbul edilən qidaların yodla zənginləşdirilməsi vacibdir. Dünyada ən çox istifadə edilən üsul qəbul edilən xörək duzunun yodlaşdırılmasıdır. Yodlaşdırılmış duz proqramlarının effektivliyini dəyərləndirmək üçün yod çatışmazlığının səviyyəsini, yod istehlakı səviyyəsində artım (azalma) və əhalinin yodlaşdırılmış duzdan istifadə səviyyəsini araşdıracaq tədqiqatlara həmişə ehtiyac var.

Таблетка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə

- Yod miqdarının kafi olmasının göstəricisi nədir?

- Sidikdə yodun miqdarının 100 mkq/L-dən aşağı olması yod qəbulunun qeyri–kafi olduğunun əsas göstəricilərindəndir. Gündəlik yod qəbulu 50 mkq-dan aşağı olduqda qalxanabənzər vəzi (QBV) funksiya göstərmir və böyüməyə başlayır. Digər tərəfdən yod qəbulunun artıqlığı autoimmun tiroidit adı altında iltihabi tiroid xəstəliklərinə səbəb olur. Bu vəziyyət el arasında tiroid “tənbəlliyi” və ya “zəhərli ur” kimi tanınan hipotiroidizm və hipertiroidizm mənzərəsinə səbəb olur.

- Məktəblilər arasında sidikdə yodun miqdarı ilə bağlı nəticələri necə qiymətləndirmək olar?

- 2001-ci ildə başqa bir tədqiqatçı Bakı, Quba və Sumqayıt şəhərlərində 8 – 14 yaşlı sağlam və urla xəstə 225 məktəblinin faktiki qidalanma xüsusiyyətlərini öyrənmiş, sağlam və xəstə uşaqların boy göstəricilərində ciddi fərq aşkarlanmasa da, xəstə uşaqların əqli fəaliyyətlərində nisbi ləngimə (durğunluq, qavrama və konsentrasiya pozğunluqları), saç tökülməsi, dəri quruluğu, əsəbilik və ətraf mühit amillərinin təsirinə dözümsüzlük qeydə almışdı. Tədqiqata Şəki, Qəbələ və Quba şəhər orta məktəblərində təhsil alan 15-17 yaşlı 273 şagird (144 qız, 129 oğlan) daxil edilib. Qalxanabənzər vəzin (QBV) USM müayinəsi və yod çatışmazlığının rastgəlmə tezliyini və ağırlığını təyin etmək üçün sidikdə yodun miqdarı təyin olunub. Yodun sidikdə miqdarına (189 şagird) əsasən kəskin çatışmazlıq – 12,2%, mülayim çatışmazlıq – 21,2%, yodun normal göstərici – 49,7%, artıqlığı – 16,9% hadisələrdə müəyyən edilib. Yodlaşdırılmış duz istifadə edən və etməyən ailələrin övladlarının sidiyində yodun miqdarında bölgələr üzrə ciddi fərq aşkar olunub. QBV-in USM-də 191 şagirddə (70%) normal vəzi, 15,4% hallarda kolloid düyünlər, 11,0% - tireoiditə uygun görünüş, 1,5% - vəzin hiperplaziyası, 1,1%-də isə solid düyün müəyyən edilib.

Bölgələr üzrə yodlaşdırılmış duz istifadə edən və etməyən ailələrin övladlarının sidiyində yod miqdarında ciddi fərq aşkar olunub. Quba və Qəbələ şəhər məktəblilərində Şəki şəhər məktəbliləri ilə müqayisədə kəskin çatışmazlıq halları 9-11 dəfə çox rast gəlinib. Quba şəhər məktəblilərində Qəbələ və Şəki şəhər məktəbliləri ilə müqayisədə 3-4 dəfə çox yod çatmazlığı qeydə alınıb. Yəni Quba şəhərində normal yod göstəricisi digər şəhərlərlə müqayisədə 1-1,5 dəfə az olub. Artıq yodlaşdırılmış duz qəbulu halları isə Şəki şəhərində Quba şəhəri ilə müqayisədə 6 dəfə çox rast gəlinib. Sidikdə yodun miqdarının nəticələri əsasında ÜST və UNİCEF-in göstəricilərinə görə, 63 şagirddə (33,4%) kəskin və mülayim yod çatışmazlığı müəyyən edilib. Onlardan 43-ü qız (68,3%), 20-si oğlan (31,7%) olub.

 - Yeraltı su mənbələrində yodun miqdarı nə qədərdir?

Сантиметр, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Boyumuz qısalır – Dünya qabağa gedir, bizsə geri

- Bu  günə qədər Azərbaycanda yod səviyyəsini tam əks etdirən xəritə hazırlanmayıb. Lakin onu qeyd edə bilərəm ki, respublikanın yeraltı su mənbələrində yodun miqdarı 0,49-146,4, səthi su mənbələrində 0,49-55,78 mkq/l miqdarındadır. Ölkəmizin müxtəlif bölgələrində və müxtəlif yaş qruplarında urla əlaqəli bəzi araşdırmalar aparılıb. Bundan başqa, aparılan araşdırmalar daha öncəki 10 illə müqayisədə endemik urla xəstələnmə səviyyəsində 6-12 dəfə artımın olduğunu göstərib. Bu gün Azərbaycanın 29 rayonu ur üzrə endemik bölgə hesab edilir.

 - Qalxanabənzər vəzidə dəyişikliklərin olmasının səbəbi nədir?

- QBV-də dəyişikliklərin müşahidə olunmasının səbəbi evdən kənar yeyilən keyfiyyətsiz yeməklər və qidalarla əlaqədar ola bilər. Məktəb yaşlı uşaqların evdə qəbul etdiyi duzun miqdarı ilə evdən kənarda qəbul etdiyi duzun miqdarı arasında fərqi öyrənən araşdırmalar aparılmalıdır. Son illərdə ürək-damar xəstəlikləri mövzusunda cəmiyyətin maariflənməsi baxımından yetkin şəxslər arasında duz istifadəsinin azaldığı məlum olub. Lakin digər tərəfdən məktəb yaşlı uşaqların hazır qidalara meylinin artması duz istifadəsinin araşdırılmasına ehtiyac yaradır.

- Yod çatışmazlığının aradan qaldırılması üçün necə qidalanaq, qidalanmada nəyə üstünlük verək?

- Duzlu su balıqları, ton balığı, okean, dərin sularda üzər balıqlarda yodun miqdarı yüksəkdir.  Bundan başqa, qabıqlı dəniz məhsulları, dəniz yosunlarının da təkibi yodla zəngindir. Kartofun qabığı yodludur. Eyni zamanda, yumurta, süd və süd məhsulları, itburnu, himalay duzunun da tərkibi yodla zəngindir. Ürək və qan-damar xəstəlikləri olanlara isə ağ ciyər, ispanaq, balqabaq, ağ çörək, sarımsaq, lobya, yulaf, düyü, qırmızı ət, paxlakimilər, konservləşmiş qarğıdalı istehlak etmək tövsiyə olunur.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Professor: “İnsanların hərəkətsiz həyat tərzi böyük problemdir”

Qeyd edək ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya yod xəritəsi hazırlanıb. ÜST-in məlumatına görə, yod çatışmazlığının olması zehni inkişafı əngəlləyir. Bu problem xüsusən də məktəb yaşlı uşaqlar arasında böyük bir problemə səbəb olur. Bunun qarşısının alınması üçün qidaların tərkibi yodla zənginləşdirilməlidir. Bu siyahıda çörək, süd, su və duzu sadalamaq olar. Xüsusən də duzun yodlaşdırılması ən geniş yayılan təcrübələrdən biridir. Duzun tərkibi ilk dəfə olaraq 1920-ci ildə yodlaşdırılıb. Bu təcrübədən isə ilk dəfə olaraq 1920-ci ildə ABŞ və İsveçrə yararlanıb. Lakin 1990-cı ilədək bu təcrübə dünya miqyasında o qədər də geniş yayılmayıb. Görülən tədbirlər nəticəsində ABŞ məktəblilər arasında yod çatışmazlığı problemi, demək olar ki, həllini tapıb.

Yod Qlobal Şəbəkəsi olan ign.org-un hesabatna görə, Azərbaycan artıq yod çatışmazlığı ilə bağlı problemin həllinə nail olmaq üzrədir. Hesabatda ölkəmizdə məişət duzunun kifayət qədər yodlaşdırılmasına diqqət çəkilib. Azərbaycan əhalisinin illik olaraq yodlaşdırılmış duza olan tələbatı isə 30-40 min ton hesablanıb. Məlumata görə, yodla təminatın tən yarısı xarici ölkələrdən idxalla baş tutur. Xüsusən də Türkiyə, Rusiya və Ukraynanın adını bu siyahıda qeyd etmək olar. Burada qeyd olunur ki, Azərbayanda məişət üçün istifadə olunan yodlaşdırılmış duz Masazırın duz gölündən əldə olunur.  

Xəbər lenti
0