CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda ajiotaj: Dəhşətli virus bu sektorun gəlirlərini artırır

© AFP 2023 / ANTHONY WALLACEСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim-terapevt xəstələrə ətrafdakı sağlam insanları yoluxdurmamaq üçün adi ucuz tibbi maskalar taxmağı məsləhət görür.

BAKI, 6 fevral — Sputnik. Zarina Orucəliyeva. Paytaxt apteklərində tibbi maskalara tələbat artıb. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Yasamal rayonundakı apteklərdən birinin farmasevti Səkinə Məmmədova verib. Onun sözlərinə görə, hazırda anbarlarda kifayət qədər maska ehtiyatı var. Lakin təcrübə göstərir ki, hər dəfə quş və donuz qripləri ilə bağlı həyəcan təbili çalınanda, əhali arasında tibbi maskalara tələbat artır.

Farmasevtin sözlərinə görə, hazırda maskaların birinin qiyməti 10 qəpikdir, amma bu qiymətin tezliklə qalxacağı istisna deyil. Son vaxtlar gənclər daha çox qara rəngli maskaları alırlar. Məmmədovanın sözlərinə görə, onların ağ maskalardan fərqləri ancaq rəngindədir. Onlar insanları eyni cür qoruyurlar. Yeri gəlmişkən, maskalarla yanaşı insanlar sətəlcəm əleyhinə dərmanları da çox almağa başlayıblar.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusla bağlı son rəqəmlər açıqlandı

Şəxsi qorunma vasitələri ətrafındakı ajiotaj Çindən gələn 2019-nCoV koronavirusunun dünyada yayılması fonunda qızışıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə koronavirus yoxdur, əhali arasında isə yoluxanlar barədə şayiələr dolaşmaqdadır.

Terapevt-hepatoloq Zaur Oruc Sputnik Azərbaycan-a adi, ən ucuz tibbi maskaların nə qədər faydalı olmasından danışıb. Məlum olub ki, bu mqorunma vasitələrində insanın özü üçün fayda azdır, çünki onlar xaricdən gələn virusun təsirinin qarşısını ala bilmirlər. Lakin hətta onlar kömək edə bilərlər.

"Bu maskalar onu gəzdirəni yox, ətrafdakıları qoruyur. Yəni, bir neçə nanometr ölçüsündəki virus təbii ki, bu bintdən keçir. Lakin insan özü xəstə olanda o asqıranda və öskürəndə virus tüpürcəklə ifraz olunur. Yəni, virus ayrıca ifraz olunmur. Bu maye hissəcikləri adi bintdən keçə bilmirlər", - həkim bildirib.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusla mübarizə aparmağın acı nəticəsi - ŞOK görüntülər

Öz sağlamlığına görə narahat olanlara isə Oruc daha etibarlı olan SSP2, SSP3, və 95 nömrə tipli respiratorları almağı məsləhət görür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, onlar virusdan qoruya bilərlər. Lakin yenə də heç kim 100%-lik zəmanət vermir. Belə respiratorların qiyməti 8 manatdan yuxarıdır və onları həmişə apteklərdə tapmaq olar.

Çinin özündə isə yerli sakinlər polietilen paketlərdən və boş su qablarından müdafiə üçün istifadə edirlər. İnternetdə plastik şüşələrdən qoruyucu maska hazırlamaq üzrə onlarla ustad dərsinə rast gəlmək olar.

Sputnik Azərbaycan-ın ÜST-ə istinadən xəbərinə görə, fevralın 5-nə olan məlumata görə, dünya üzrə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 24554 (3925 yeni) təşkil edib.

Son məlumata əsasən, Çində 24363 (3893 yeni) yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir (431 yeni). Çində virusdan indiyədək 491 ölüm halı (66 yeni) olub.

Xəbər lenti
0