CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aman Allah, hamımız öləcəyik? Alimlər virusla bağlı dəhşətli proqnoz verdilər

© AFP 2023 / HECTOR RETAMALСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər epidemiya əleyhinə tətbiq olunan qərarlar hazırkı səviyyədə qalsa, onda Uhanda koronavirusa yoluxanların sayı 14 gün ərzində, yəni fevralın 4-nə qədər 190 minə çatacaq

BAKI, 27 yanvar — Sputnik. Amerika və Böyük Britaniyadan olan alimlər Çində "2019-nCoV" koronavirusunun yayılmasına dair öz ekspert qiymətləndirmə nəticələrini yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, araşdırmanın nəticələri barədə "medRxiv.org" saytında oxumaq olar.

Работа почты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çindən gələn məhsullarda koronavirus təhlükəsi - Əşyalar da yoxlanılmalıdır

Lankaster Universitetinin Tibbi İnformatika, Hesablama Texnikası və Statistika Mərkəzi, Qlazqo Universitetinin Tibbi Araşdırmalar Şurası (Böyük Britaniya) və Florida Ştatının Biologiya və Yeni Patogenlər üzrə İnstitutundan olan araşdırmaçılar "2019-nCoV" – yeni koronavirusuna dair epidemioloji parametrlərinə dair qiymətləndirmələrini açıqlayıb.

Alimlərin qiymətləndirməsinə görə, infeksiyanın baza reproduktivlik tezliyi – ikinci infeksiyanın ortalama yayılması 3,6-dan 4,0-a qədər dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu göstəricini 1,4-2,5 olaraq dəyərləndirib.

Müqayisə üçün qrip üçün baza reproduktiv tezliyi 2-3 aralığındadır.

Müəlliflər tərəfindən təqdim olunan modelə görə, yanvarın 21-də yalnız Uhanda yeni koronavirusa 11341 nəfər yoluxmalı idi. Bu isə o anlama gəlir ki, hazırda rəsmi olaraq qeydə alınan xəstələrin sayı ümumi xəstələrin yalnız 5,1%-ni təşkil edir.

Əgər epidemiya əleyhinə tətbiq olunan qərarlar hazırkı səviyyədə qalsa, onda Uhanda koronavirusa yoluxanların sayı 14 gün ərzində, yəni fevralın 4-nə qədər 190 minə çatacaq. Bundan əlavə, kütləvi yoluxma halları Şanxayda, Pekində, Quançjou, Çunçin və Çenduda yayılacaq. Tailand, Yaponiya, Tayvan, Honkonq və Cənubi Koreya da risk altındadır.

Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO>>

Alimlər hesab edirlər ki, nəzarət tədbirlərinin köməkliyi ilə infeksiyanın ötürülməsini 75%-ə qədər azaltmaq olar. Lakin onlar Uhanın izolyasiya edilməsinə skeptik yanaşırlar. Alimlərin qiymətləndirməsinə əsasən, Uhanda karantinin tətbiq olunması Çinin digər regionlarında infeksiyaya yoluxanların sayını cəmi 24,9% azaldacaq.

Daha sonra məqalənin ilk müəllifi Conatan Rid öz "Twitter" səhifəsində yazıb ki, yeni koronavirusun baza reproduktivlik tezliyi təxminən 2,4-2,6 aralığında dəyişir ki, bu da ÜST-ün proqnozlarına uyğundur.

Xəbər lenti
0