Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

XİN dünyanı qorxudan virusla bağlı xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur

BAKI, 24 yanvar — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Люди в масках на вокзале Пекина - Sputnik Azərbaycan
ÜST dünyaya xəbərdarlıq etdi: Yeni virus digər ölkələrə yayıla bilər

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin bununla bağlı açıqlamasında deyilir: "2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat edib. Çinin Uhan şəhərində karantin elan edilib:

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

1) kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

2) xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

3) canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

4) kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

5) yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

6) sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur".

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Çindən gələn virus Gömrük Komitəsini hərəkətə keçirdi

Bundan başqa, Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

Tel: (+8610) 65 32 46 14

Faks: (+8610) 65 32 46 15

E-mail: mailbox@azerbembassy.org.cn

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

Tel: +994 (12) 596 90 00

Faks: +994 (12) 596 90 01

E-mail: katiblik@mfa.gov.az

Xəbər lenti
0