CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada həyəcan siqnalı verilib, bəs Azərbaycanda vəziyyət necədir?

© REUTERS / Jason LeeДевушка в маске в подземном переходе в Пекине
Девушка в маске в подземном переходе в Пекине  - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan üçün də risk var. Çünki bu gün soyuqdəymədən, ağırlaşmalardan da dünyasını dəyişənlər var. Kim onları yoxlayır?"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Çindən gələn virus Gömrük Komitəsini hərəkətə keçirdi

Artıq bu virusla əlaqədar olaraq Gömrük Komitəsi tərəfindən öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Bildirilir ki, xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir. Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

Женщина в медицинской маске в целях профилактики заболевания гриппом - Sputnik Azərbaycan
Turizm şirkətlərinə virusla bağlı xəbərdarlıq edildi

 Maraqlıdır, artıq bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu təhlükə varmı? Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Viruslar reflikasiya edərək xassələrini dəyişirlər. Bu bir nikluitit zənciridir. Həmin nikluitdə olan amin turşularına görə viruslar sırasını dəyişir. Koronoviruslar da belə viruslardan biridir. Düzdür, bu virusun insan tərəfindən kəşf edilməsi ilə bağlı məlumat yayılıb. Lakin bu iddiaları təsdiqləyəcək əsaslar da olmalıdır".

"Bu virus ilk dəfə olaraq ötən əsrin 60-cı illərində insanların nəfəs yollarında tapılıb. Bu virusun müxtəlif növləri var. Onun əsas özəlliyi ondan ibarətdir ki, virus daha tez inkişaf edir, yuxarı tənəffüs yollarının iltihabı prosesini törədir. Son nəticə olaraq isə pnevmaniyaya və nəfəs çatışmazlığına səbəb olur. Nəticə etibarı ilə də bu da ölümlə sonlanır", - deyə A.Qeybulla əlavə edib.

O bildirib ki, virusun bir çox ölkələr üzrə yayılması da mümkündür: "Çünki insanlar bir ölkədən digərinə miqrasiya edirlər. Xəstəliyin müxtəlif ölkələrdə yayılması mümkün olduğu üçün maksimum dərəcədə diqqətli olmaq, nəzarəti artırmaq lazımdır. Sərhəddə xəstə insanları müayinə etdikdən sonra ölkəyə buraxmaq, xəstə şəxsləri dərhal yataq rejiminə keçirtmək lazımdır. Bu virusdan qorunmaq üçün maarifləndirici tədbirlərə başlamaq lazımdır".

Ekspert bildirir ki, koronovirusla bağlı şübhə varsa, udlaq axıntılarından müayinə götürərək onu ciddi şəkildə yoxlamaq laızmdır. Onun sözlərinə görə, bununla bağlı hər hansı çətinlik olarsa, o zaman Ümumdünya Səhiyyə Təşkilatına müraciət etmək lazımdır.

Школьники в защитных масках, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyi virusla bağlı məlumat yaydı

A.Qeybulla Azərbaycanla bağlı risklərdən də danışıb: "Azərbaycan üçün də risk var. Bəlkə də Azərbaycanda artıq bu risk var. Çünki bu gün soyuqdəymədən, ağırlaşmalardan da dünyasını dəyişənlər var. Kim onları yoxlayır? Bu  şəxsləri dəqiq yoxlamaq lazımdır. Hətta bu şəxslərin yaxın adamları sonradan bu cür yoxlamalara imkan vermirlər".

Qeyd edək ki, artıq yayılan virusla əlaqədar olaraq qonşu Rusiyada da həyəcan təbili çalınıb. Rusiya Səhiyyə nazirinin müavini Sergey Krayevoy bəyan edib ki, Çin ərazisində yayılan yeni koronovirus Rusiya əhalisi üçün bioloji təhdiddir. Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın sabiq baş sanitarı Gennadi Onişenko isə deyib ki, Çin ərazisində yayılan koronovirusun mənşəyi tədqiq olunmalıdır. Onun sözlərinə görə, bu təhlükənin təbii və ya insan tərəfindən yaradıldığını anlamaq lazımdır: "Dünya doğrudan da "yeni təhlükənin astanasındadır". Çin sədri Si Tszin Pin artıq "yerli regional strukturları sərt şəkildə tənqid edib", bu isə o anlama gəlir ki, problem "olduqca ciddidir". Bu təhdidin təbii və ya bizim 1965-ci ildən bildiyimiz koronovirusun məqsədli şəkildə mutasiya edilmiş formasının olduğunu aydınlaşdırmaq lazımdır. Biz bu virusu həmin vaxtdan tanıyırıq. Hazırda o, insan sağlamlığı üçün olduqca təhlükəlidir".

Qeyd edək ki, yayılan virusla əlaqədar olaraq Çində 6 nəfər dünyasını dəyişib, 200-dən artıq şəxs isə bu virusa yoluxub.

Xəbər lenti
0