Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər - Ölkədə "psix"lər niyə artıb

© Mario Tama / Getty Images /AFPМужчина расчесывает волосы, используя окно как зеркало, фото из архива
Мужчина расчесывает волосы, используя окно как зеркало, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Diskriminasiya olduğu üçün ailələr belə şəxsləri qeydiyyata salmırlar. Bu şəxslərin xəstəxanalara yerləşdirilməmələri isə ailələri, cəmiyyəti real təhlükə altında qoyur" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Azərbaycanda müalicә-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda müalicə-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı 102 560 olub. 2017-ci ildə bu rəqəm 100 806, 2015-cı ildə 96 079 nəfər olub. 2018-ci ildə ölkədə 3 974 nəfərə ilk dәfә psixi xəstəlik diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə daha çox - 5 621 olub.

Pəncərənin yanında kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Beynəlxalq qurum ölkəni "dəli yığıncağı"na çevirmək istəyir?

Maraqlıdır, rəqəmlərin artımının səbəbi xəstələrin daha çox aşkarlanması, yoxsa ümumilikdə bu şəxslərin sayının artımı ilə bağlıdır?

Tibb üzrə eskpert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, belə xəstələr sayına görə bu gün dünyada ilk yerlərdə qərarlaşırlar: "Bu şəxslərin bir qismi cəmiyyət üçün heç bir təhlükə yaratmır. Amma mən deyərdim ki, real statistika rəsmi rəqəmlərdən daha yüksəkdir. Bu xəstəliklərin sayının artması həm də əhalinin dinamikası ilə bağlıdır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da əhali sayında artım müşahidə edilir. Bundan başqa, xəstəliklərin sayının aşkarlanma imkanları da artıb. Əlbəttə, bütün bu amillər rəqəmlərə təsir edir. Bir dəfə əhali arasında real vəziyyət öyrənilsə, o zaman daha çox belə xəstə aşkarlanar".

Onun sözlərinə görə, bəzən törədilən müəyyən cinayətlərdə cəzadan azad olmaq üçün saxta yolla qeydiyyata alınan belə şəxslər də var:

"Etiraf etməliyik ki, bu gün psixi xəstəliklərdə irsi faktorun da rolu danılmazdır. İrsi faktor bu xəstəliklərin gələcək nəsillərə keçmə ehtimalını yaradır. Lakin təəssüflər olsun ki, adətən insanlar bu cür xəstələri evlərində gizlətməyə meylli olurlar. Onlar çalışırlar ki, qınaqdan uzaq olsunlar. Bunun da səbəbi cəmiyyətdə bu şəxslərə qarşı bir diskriminasiyanın olması ilə bağlıdır. Lakin bu şəxslərə cinayətkar kimi baxmaq lazım deyil. Belə olan halda isə narkomanlar da, bu cür xəstələr də cəmiyyətdə diskriminasiyaya məruz qalırlar. Cəmiyyət tolerant olsa, bu cür hallar baş verməz, belə şəxslər qeydiyyata salınar. Qeydiyyata alınma isə bu istiqamətdə müəyyən tədqiqatlar aparmağa imkan verir".

Женщина с новорожденным в родильном доме, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dəlilikdir, ya nədir: Elə şeyi dəbə mindiriblər ki, danışanda mat qalırsan

"Diskriminasiya olduğu üçün ailələr belə şəxsləri qeydiyyata salmırlar. Bu şəxslərin xəstəxanalara yerləşdirilməmələri isə ailələri, cəmiyyəti real təhlükə altında qoyur. Çünki əksər hallarda belə şəxslər özlərinə qəsd edə, başqalarını öldürə bilərlər. Bu gün statistikada da bu cür cinayətlərlə bağlı rəqəmlər var", - deyə o əlavə edib.

Onun sözlərinə görə, xəstəxanada olan xəstələrin əksəriyyəti şizofrenlərdir: "Onlar səslər eşidir, gözlərinə kabus görünür. Bu xəstələr çox dəhşətli ola bilərlər. Bəzən onlar düşünür ki, kimlərsə onları izləyir. Əksər hallarda bu şəxslər potensial cinayətkar olurlar. Bu şəxsləri evdə saxlamaq mümkün olmadıqda dispanserə müraciət edilir. Bundan başqa, bu xəstəxanada narkotika və alkaqolun təsiri ilə psixi pozğunluq yaşayan şəxsləri də görə bilərik".

A.Qeybulla deyir ki, bu şəxslərin vaxtında müalicə almamaları onların durumlarını bir az da gərginləşdirir, bu xəstələrin reabilitasiya almalarına mane yaradır. O bildirir ki, bu şəxsləri müayinə etmək daha humanist addımdır, nəinki onları himayə etmək.

Maraqlıdır ki, irsi faktordan əlavə, bu cür xəstəliklərin yaranmasında başqa amillərin də rolu var. "Bəzi dərman preparatları, stress də psixi xəstəliklər yarada bilər. Məsələn, elə şizofreniyanın başlanmasında da ilkin faktor olaraq stressin çox böyük rolu var", - A.Qeybulla qeyd edib.

Xəbər lenti
0