CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baldız böyrəyini qardaşının həyat yoldaşına bağışladı

© AFP 2023 / PHILIPPE HUGUENХирурги во время операции, фото из архива
Хирурги во время операции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı"

BAKI, 7 yanvar — Sputnik. Respublika Diaqnostika Mərkəzinin (RDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsi tərəfindən 2019-cu ildə həyata keçirilən son böyrəkköçürmə əməliyyatı əlamətdarlığı ilə qeyd olunub. 

Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qaynanadan qeyri-adi qərar: kürəkəni ömür boyu borclu olacaq
Belə ki, klinikaya müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub.

"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ seansları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı. 2019-cu ildə son böyrəkköçürmə əməliyyatımız da uğurla keçdi, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə sağlam şəkildə yazıldılar. Bu əlamətdar hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı və Yeni ili daha sağlam və gümrah qarşılamaqlarına səbəb oldu", - deyə şöbə müdiri, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.

Xəbər lenti
0