Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortanın daha bir üstünlüyü üzə çıxdı - Sadəcə normativə riayət edin

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari tibbi sığorta üzrə sığortalanmış vətəndaş müraciət qaydasına görə yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi xidməti əldə edə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda icbari tibbi sığorta sistemindən yararlanan vətəndaşlar həkim seçə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov məlumat verib. O bildirib ki, hər bir vətəndaşın həkim seçmək hüququ vardır: "İcbari tibbi sığorta sistemində də bu mümkündür. İlkin səhiyyə hər bir vətəndaşın yanında olan xidmətdir. Bunun üçün də ailə həkimləri yetişdirilməlidir ki, əhali yaşadıqları yerdə müraciət edərək bu xidməti ala bilsin. Həkim seçiminə gəlincə, yaşadığı ərazidə həkim seçmək vətəndaşın öz hüququdur. Bizim əsas prinsipimiz odur ki, həkimlər arasında ayrıseçkilik olmasın. Əgər həkim Tibb Universitetini bitiribsə, sertifikasiyadan keçibsə, fəaliyyət göstərə biləcək. Burada da növbəlilik prinsipinə riayət etmək lazımdır. Həkimlərin normativi var ki, gün ərzində neçə xəstə qəbul edə bilər. Bu normativə əməl edilməlidir. Həkim də bir insandır, onun da istirahət etmək hüququ vardır. Vətəndaşlar növbəlilik prinsipini qorumaqla həkim seçimi edə bilərlər".

Şəki Mərkəzi Rayon Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu gündən bir sıra bölgələrdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb

V.Qurbanov həmçinin bildirib ki, icbari tibbi sığorta üzrə sığortalanmış vətəndaş müraciət qaydasına görə yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi xidməti əldə edə bilər: "Bir regionda qeydiyyatda olub başqa bir regionda yaşayan vətəndaşlar təcili hallarda təcili yardım xidməti vasitəsilə xidmətlərini əldə edə biləcəklər. Amma vətəndaşlar digər hallarda xidmətləri mütləq halda qeydiyyatda olduğu əraziyə bağlı olan tibb müəssisəsində almalıdır. Həmin tibb müəssisəsində bu xidməti almaq mümkün olmadığı halda digər ərazidəki tibb müəssisəsində tibbi xidmətləri ödənişsiz əldə edə bilər".

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən etibarən ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılıb.

Xəbər lenti
0