Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İşə düşməmiş, problemini yaşamayın – İcbari tibbi sığortaya görə də bəyannamə veriləcək

© AFP 2023 / MATIAS DELACROIXБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Fərdi sahibkarlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı nəzərdə tutulub, yəni aylıq 10 manat (illik 120 manat) müəyyən edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. İcbari tibbi sığorta haqlarının ödənilməsinə nə vaxtdan başlanacağı məlum olub. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək "Tibbi sığorta haqqında" qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nə ödəyəcəyinizi bilin: İcbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib

Sputnik Azərbaycan-ın məlumatına görə, aşağıdakı maddələr 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək: muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz; Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi; mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi.

Başqa sözlə, yuxarıda qeyd edilən icbari sığorta haqları gələn il aprelin 1-dən ödəniləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir: "Burada söhbət ödəmə mənbəyindən gedir. Yəni mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin sığorta haqlarını xidməti müqaviləni bağlayan tərəf tutub icbari tibbi sığorta fonduna ödəməlidir. Bu, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin öhdəliyinə buraxılmır. Xidməti təklif edən tərəf bu işi həyata keçirir. Ödəmə mənbəyindən tutulan vergi növü, nağdlaşdırma ilə bağlı məsələ də buna bənzər formadadır. Banklar nağdlaşdırmaya görə vətəndaşlardan, biznesdən tutduğu 1 faizi yenidən Vergilər Nazirliyinin hesabına ödəyir. Burada nisbətən daha çevik mexanizmin olması düşünülüb. Çünki xidməti təklif edən tərəf sığorta haqlarını tutub ödədikdə xidməti müqavilə əsasında işləri yerinə yetirən fiziki şəxslərin bu sığorta öhdəliyini yerinə yetirməsindən yayınma imkanları azalır".

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nə həkim var, nə də xidmət - Bölgələrdə sığorta problemi necə həll olunacaq

O bildirib ki, ümumiyyətlə, əmək fəaliyyəti ilə məşğul olan hər kəs ödəniş etməlidir: "Hətta müəyyən sosial qrupların - təqaüdçülərin, ünvanlı sosial yardımı alanların, əlillərin, uşaqların və s. sığorta haqları dövlət hesabına ödənilir. Amma digər işləməyən vətəndaşların icbari tibbi sığorta xidmətlərdən istifadə etmələri üçün aylıq 10 manat ödəniş etməsi tələbi qoyulub. Onlar da ödəniş etməlidirlər ki, bu xidmətlərdən istifadə hüququ yaransın. Bunlar güzəştli sosial qruplara aid deyil. Məsələn, evdar qadının icbari tibbi sığorta xidmətlərindən istifadə etməsi üçün sığorta haqqı ödəməsi lazımdır, yəni aylıq 10 manat tibbi sığorta haqqı ödəməlidir. Bu sığorta haqqını evdar qadın özü də ödəyə bilər, ailə üzvləri də ödəyə bilər. Amma əgər evdar qadın sığorta haqqı ödəmirsə, pullu xidmətlərdən istifadə edəcək. Bu, dünyanın hər yerində bənzər formadadır. Amma güzəştli sosial qrupların (uşaqlar, əlillər, pensiyaçılar və s.) icbari tibbi sığorta haqları dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək".

"Fərdi sahibkarlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı nəzərdə tutulub, yəni aylıq 10 manat (illik 120 manat) müəyyən edilib", – deyə o qeyd edib.

Muzdla işləyən fiziki şəxslərin icbari tibbi sığorta haqlarına gəlincə, ekspert bildirib ki, dövlət və özəl sektorda olmasından asılı olmayaraq əmək müqaviləsi ilə çalışanlar muzdla işləyənlərdir: "Burada sığorta haqqı 2 faiz işəgötürən tərəfindən ödəniləcək, 2 faiz də işçinin əməkhaqından tutulacaq. Yəni ümumilikdə 4 faiz həcmində sığorta haqqı tutulacaq. Burada ödəmə öhdəliyi işəgötürənin üzərindədir. Bu, həm dövlət sektorunda, həm də özəl sektorda belədir. Məsələn, 1000 manat əmək haqqı alan şəxs 20 manat aylıq icbari tibbi sığorta haqqı ödəyəcək".

"Ümumiyyətlə, ödəniş həyata keçirilirsə, ödənişin edilməsi ilə bağlı hesabat verilməlidir. İcbari tibbi sığortaya görə də bəyannamə veriləcək. Bu, vergilərdə də belədir", – deyə iqtisadçı bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta haqlarının ödənilməsinə nə vaxtdan başlanacağı məlum olub

Qeyd edək ki, icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib. Bu, Prezident İlham Əliyevin dekabrın 3-də təsdiqlədiyi "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Azərbaycan vətəndaşları, Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Bu Qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti
0