Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq

© Sputnik / Emin AlisahibЦех протезно-ортопедического реабилитационного центра после ремонта
Цех протезно-ортопедического реабилитационного центра после ремонта - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Protez-Ortopedik Bərpa Mərkəzinin təmirindən sonra həkimlər çiplər və xüsusi proqram təminatı ilə təchiz edilmiş müasir bioprotezlərin istehsalına başlanacağının anonsunu veriblər.

BAKI, 23 dekabr — Sputnik. 2020-ci ildən etibarən Azərbaycan bionik protezlərin hazırlanmasına başlayacaq. Bu barədə Sputnik Azərbaycan-a Protez-Ortopedik Bərpa Mərkəzinin (POBM) baş həkimi Şəmsəddin Xudaverdiyev məlumat verib.

O, qeyd edib ki, bunlar müasir və işlək protezlər olacaq. Bu protezlər sözün həqiqi mənasında yüngüldür və istifadəsi asandır.

Həkimin sözlərinə görə, hazır protezlər Azərbaycanda heç vaxt istehsal edilməyib - onlar ölkəyə "yarıfabrikat" vəziyyətdə gətirilir. Onların hissələri Almaniya, Rusiya, Türkiyədən gətirilir. Bu dəfə də protezlər üçün lazım olan məmulatlar xaricdən gətiriləcək.

© Sputnik / Emin AlisahibProtez-Ortopedik Bərpa Mərkəzi
Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq - Sputnik Azərbaycan
Protez-Ortopedik Bərpa Mərkəzi

Bioprotez - itirilmiş orqanın işini struktur və funksional olaraq simulyasiya edən süni bir analoqdur. Azərbaycanlı texniklər hissələrdən bir bionik protez yığa biliblər. Bu, ayağın dizdən yuxarı hissəsi olub. Belə bir nümunənin qiyməti təxminən 45.000 manatdır.

Bu protezlərin fərqli bir xüsusiyyəti çiplərlə təchiz edilmiş olmasıdır. Protezlər qalan əzələlərin impulslarını oxumaq üçün proqram təminatı ilə təchiz edilir. Məsələn, əlinizi çevirmək və ya bir obyekti tutmaq istəyirsinizsə, protez siqnal ötürür və texnika hərəkətə keçir.

Protez-ortopedik texnik Toğrul Vəliyevin sözlərinə görə, onlar nümunə əsasında sözügedən protezi yığmağı bacarıblar: "Biz özümüz onu yığmağı bacarmışıq. Sadəcə, bizə onun bir surətini nümunə olaraq gətirmişdilər, sonra götürüb apardılar. Gələcəkdə, ehtimal ki, bu protezlərin hissələri Azərbaycana çatdırılacaq".

© Sputnik / Emin AlisahibBioprotez - itirilmiş orqanın işini struktur və funksional olaraq simulyasiya edən süni bir analoqdur
Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq - Sputnik Azərbaycan
Bioprotez - itirilmiş orqanın işini struktur və funksional olaraq simulyasiya edən süni bir analoqdur

Bu protezlərin bir neçə növü var. Hazırda ən primitivindən tutmuş müasir pnevmatiklərə qədər bütün nümunələr Bakıda hazırlanır. Prosesdə plastik, silikon, metal və poladdan istifadə edilir.

Ortopedik-texnik əmindir ki, istənilən protez əgər düzgün hazırlanmayıbsa, öz sahibinə narahatlıq yarada və ağrı verə bilər. Bunu POBM-un digər əməkdaşı Mustafa Ələkbərov da təsdiqləyir. O, uzun illərdir ayağına sexdəki həmkarı tərəfindən hazırlanmış protezi taxır. Doğrudan da, düzgün hazırlanmış protez, həkim bunu deməyənə qədər hər hansı bir fiziki qüsurun olduğunu aşkar etmir.

Bütün digər hərəkət vasitələri kimi protezlər də bahadır. Məsələn, adi mexaniki əyilməyən protezin qiyməti 2-3,5 min manat arasında dəyişir, lakin mikroçipli protezlərin qiyməti 70 min manata çata bilər.

© Sputnik / Emin AlisahibAdi mexaniki əyilməyən protezin qiyməti 2-3,5 min manat arasında dəyişir, lakin mikroçipli protezlərin qiyməti 70 min manata çata bilər
Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq - Sputnik Azərbaycan
Adi mexaniki əyilməyən protezin qiyməti 2-3,5 min manat arasında dəyişir, lakin mikroçipli protezlərin qiyməti 70 min manata çata bilər

"Qiymətlər komplektləşmədən asılı olaraq dəyişir. Sadəcə, hər şey maşınlarda olduğu kimidir. Məsələn, var adi bir “Mercedes”, bir də var “Mercedes” panorama. Hansı daha yaxşıdır?", - deyə texniklər zarafatla bildirirlər.

Azərbaycanda bionik protezləri konveyer üsulu ilə istehsal etmək mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik Bərpa Mərkəzinin binasını əsaslı təmir edərək yeni avadanlıqlarla təchiz edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov Mərkəzin açılışı zamanı bildirib ki, hazırda Azərbaycanda 14 müalicə-reabilitasiya mərkəzi fəaliyyət göstərir. POMB-da 60 palata, onun Gəncə filialında isə 10 yer var.

© Sputnik / Emin AlisahibProtezlər üçün lazım olan məmulatlar xaricdən gətiriləcək
Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq - Sputnik Azərbaycan
Protezlər üçün lazım olan məmulatlar xaricdən gətiriləcək

Gələcəkdə stasionarda 1,5 min nəfər, ambulatorda isə 500-dən artıq pasient müalicə oluna bilər. Bununla yanaşı, təmir işlərinin getməsinə baxmayaraq, Mərkəz əlillər üçün protez və reabilitasiya vasitələri yığmağı dayandırmayıb. 2019-cu il ərzində əlilliyi olan 35,5 min nəfər əlil arabaları və reabilitasiya avadanlıqları əldə edə biliblər.

Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamına əsasən, alman şirkəti mərkəzi yüksək texnologiyalı protezlər istehsal edəcək emalatxana ilə təchiz edib.

Xəbər lenti
0