Park Bulvar-da Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş aksiya

Azərbaycanın bu bölgəsində təhlükəli virus tüğyan edir

35
(Yenilənib 23:09 02.12.2019)
Əsas yoluxanlar Bakı şəhərində yaşayırlar. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır

BAKI, 2 dekabr — Sputnik. "Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, bu, ölkəyə daha çox cənubdan narkotiklərin keçirilməsi ilə bağlıdır: "Göstəricilər Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%, Bakıda isə 7.5%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23.6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75.7 faizi regionlarda yaşayır. 0.7 faiz şəxsin isə ərazi mənsubiyyəti naməlumdur".

N.Zülfüqarov bildirib ki, cənub zonasında əhali az olduğuna görə yeni yoluxma faizi yüksək görünür: "Əsas yoluxanlar Bakı şəhərində yaşayırlar. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır".

35