Tibbi maskada olan kişi, arxiv şəkli

İranda can alan donuz qripi Azərbaycan üçün təhlükə yaradırmı?

20
(Yenilənib 21:57 02.12.2019)
"Artıq havaların soyuması ilə əlaqədar olaraq qrip mövsümü başlayıb. Lakin ölkədə donuz qripinin olması ilə bağlı bizə heç bir müraciət daxil olmayıb" - Hande Harmançı

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Son bir həftə ərzində H1N1 virusu ilə əlaqədar olaraq İranda 19 nəfər dünyasını dəyişib. Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında hazırda ölkədə 273 nəfərin bu virusla əlaqədar həkim nəzarətində olduğu bildirilir. Həmçinin qeyd olunur ki, ötən ilin carı dövrü ilə müqayisədə hazırda donuz qripi ilə bağlı rəqəmlərdə də artım nəzərə çarpır.

Sərhəd ölkədə virusun yayılması Azərbaycan üçün necə, təhlükəlidirmi?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə üzrə ofisinin rəhbəri Hande Harmançı Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Artıq havaların soyuması ilə əlaqədar olaraq qrip mövsümü başlayıb. Lakin ölkədə donuz qripinin olması ilə bağlı bizə heç bir müraciət daxil olmayıb. Hələlik Azərbaycanda donuz qripi təhlükəsi yoxdur. Biz hər zaman olduğu kimi, qabaqlayıcı tədbirlərimizi davam etdiririk".

"Biz qarşıdakı günlərdə də qriplə bağlı məlumatlar açıqlayacağıq", - deyə o əlavə edib.

20

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

29
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

29
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

42
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

42

Qubadlı quş uçuşundan - FOTO

0
(Yenilənib 11:53 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanıb və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

0
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir