Xəstəxana, arxiv şəkli

Zəhərlənən tələbələrin vəziyyəti ağırdır

32
(Yenilənib 09:48 22.11.2019)
Səhiyyə Nazirliyindən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır sabit kimi qiymətləndirilir

BAKI, 22 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır sabit kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

32