Bakıda yaşayış evinin tikintisi, arxiv şəkli

Bu şəxslər üçün Bakıda çoxmənzilli bina tikiləcək - Bu gün onların günüdür

66
(Yenilənib 11:34 13.11.2019)
Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur.

BAKI, 13 noyabr — Sputnik. Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gözdən əlilliyi olanların mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Dövlət başçısının 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib. Sərəncama əsasən, Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılması nəzərdə tutulur.

Müvafiq layihə-smeta sənədlərinin hazırlanması işlərindən sonra paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Gözdən əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində aparılan işlərdə Heydər Əliyev Fondu tərəfindən mühüm dəstək göstərilir. Fondun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasına xidmət edir. Həmçinin Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət daşıyır. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır. Bu işlərin daha da genişləndirilməsi məqsədilə bu il görmə imkanları məhdud uşaqlar üçün daha 2 sosial reabilitasiya mərkəzi yaradılıb və hazırda 3 belə mərkəz fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunurlar. 2019-cu ildə reallaşan sosial islahatlar çərçivəsində bu müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, minimum pensiya məbləğinin 200 manata çatdırılması təmin edilib. Həmçinin 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözdən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında bir sıra güzəştlər nəzərdə tutulub. Sağlamlıq imkanları məhdud uşaqlar, o cümlədən görmə imkanları məhdudluğu səbəbi ilə bu kateqoriyadan olan uşaqlara yönələn aylıq müavinət də bu il 83 faiz artırılaraq 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub.

Eyni zamanda, Prezident İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanların da ali təhsil müəssisələrində təhsil müddəti ərzində təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan indiyədək 1800-ə yaxın gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Hazırda mərkəzdə peşə təlimində olan 135 gəncin də bir qismi məhz görmə imkanı məhdud gənclərdir.

Əlilliyi olan şəxslər üçün qanunvericilikdə, o cümlədən əmək münasibətlərində bir çox güzəştlər də nəzərdə tutulub ki, bunlar eyni zamanda gözdən əlilliyi olanlara şamil edilir. Bu kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi, onların peşə hazırlığının təşkili məqsədilə də müvafiq işlər aparılır.

66
Vitaminlər, arxiv şəkli

B2 vitamini hansı problemlərə səbəb olur?

16
Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

BAKI, 29 noyabr — Sputnik. Perdana Universitetinin mütəxəssisləri B2 vitamini çatışmazlığını təhlükəsi barədə danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər, vitamin B2 və ya riboflavinin antioksidan xüsusiyyətlərə sahib olduğunu, sərbəst radikalları təsirsiz hala gətirə bilmə qabiliyyətinə malik olduğunu və bəzi xəstəliklərin yaratdığı oksidləşmə zərərini azalda bildiyini qeyd edib. 

Yüksək səviyyədə sərbəst radikallar hüceyrələrə və toxumalara zərər verə bilər. Bu isə sonradan xərçəng, ürək-damar xəstəlikləri, diabet və Alzheimer xəstəliyi riskini artırır.

Eyni zamanda riboflavinin çatışmazlığı artan oksidləşdirici stres ilə əlaqədardır. Bu da hematopoetik sistemin funksiyaların pisləşməsinə, anemiya və eritroid hipoplaziyasına səbəb ola bilər.

Həzm sistemi də B2 vitamini çatışmazlığından da əziyyət çəkə bilər. Bu zaman maddələr mübadiləsi pozulur.

Bununla yanaşı mütəxəssislər bu maddənin orqanizm üçün lazımlı miqdarda olmamasının miqrenə, saç tökülməsinə, katarakta səbəb olduğunu qeyd edib.

16
Poz verən qadınlar, arxiv şəkli

Əvvəldən idi hüsnü-camalı... ya ucuz iynə ilə burun itirənlər

64
(Yenilənib 21:53 29.11.2020)
"Qan burun damarında dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşib.

- Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz...

- Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

- Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

- Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

- Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

- Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

- İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

- Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

- İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

- Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

- Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.

64
Teqlər:
dəb, rinoplastika, çürümə, gözəllik salonu, Bakı, kosmetoloq, iynə, gel, burun
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona