Əldə şprislər, arxiv şəkli

İstehsal etdiyimiz şprislərin satışda olmamasının ilginc səbəbi

1059
(Yenilənib 14:33 08.11.2019)
Hazırda tibbi vasitələrin keyfiyyətini yoxlamaq üçün laboratoriya yoxdur. Belə bir laboratoriyanın yaradılması istiqamətində iş aparılır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda şpris istehsal edən zavod olsa da, ölkəmizdə Çin və Türkiyə istehsalı olan keyfiyyətsiz şprislərin satışı tüğyan edir. Sputnik Azərbaycan ölkəmizdə şpris istehsalı ilə məşğul olan "Diamed CO" zavodunun məhsullarının satışa çıxarılmamasının səbəbini araşdırıb.

"Diamed CO"zavodunun direktoru Samirə Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zavodun illik istehsal gücü 135 milyon ədəd müxtəlif tutumlu şpris istehsalına imkan versə də, zavod ildə 50 milyon şpris istehsal edir. Buna baxmayaraq zavodun istehsal etdiyi şprislər yerli bazarda satışda yoxdur. S. Hüseynova deyir ki, bunun səbəbi ölkəmizə Çindən ucuz və keyfiyyətsiz şprislərin gətirilməsidir: "Bizim istehsal etdiyimiz şprislər tam standartlara uyğundur. Zavodumuzda istehsal olunan şprislərin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur. İynələri hazır alaraq Azərbaycana gətiririk. Artıq ölkəmizdə 2, 5, 10 və 20 qramlıq şprislərin satışına başlamışıq. Amma şprisin topdansatışı ilə məşğul olan şirkətlər xaricdən ucuz şprisləri alaraq ölkəyə gətirdiklərindən, bizim məhsulu alan yoxdur. Halbuki, bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur".

S. Hüseynova deyir ki, yerli zavodda istehsal olunan şprislərin qiyməti 6-10 qəpik arasında dəyişir. Həmsöhbətimiz bildirir ki, zavod hazırda istehsal gücünün 30 faiz həcmində işləyir: "Bizim zavod hazırda bir növbəlik rejimdə çalışır. Halbuki üç növbə rejimində işləyərək illik 135 milyon şpris istehsal edə bilər".

Apteklərdən isə Sputnik Azərbaycan-a bildiriblər ki, indiyədək onlara yerli şprislər verilməyib: "Bizə depolar hansı şprisi versə, biz də onu satırıq. Hələki nə bizə, nədəki, digər aptek şəbəkələrimizə yerli şpris gətirilməyib".

Aptekləri şprislə təmin edən dərmanların topdansatışı ilə məşğul olan şirkətlərdən isə onlara yerli şprisin satışını təklif edənin olmadığını bildirdilər: "Bizə hələki yerli istehsal olan şprislərin satışı təklif edilməyib. Təklif gəlsə bizim üçün hansı müəssisənin istehsalının olmasının fərqi yoxdur. Şprisi aptek satır, alıcı alır. Biz də əsasən alınan mala işləyirik. Əgər görsək ki, tələbat çoxdur, Çinin, Türkiyənin şprislərini qoyub yerli malı satacağıq. Amma gərək yerli şprislərin satışı üçün uyğunluq sertifikatı olsun. Biz idxal etdiyimiz şprislərin uyğunluq sertifikatını aidiyyatı qurumlara təqdim edirik".

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkədə dərman preparatlarının keyfiyyətini yoxlayan laboratoriya olsa da, tibbi vasitələrin keyfiyyətini müəyyən edən laboratoriya yoxdur: "İdxal olunan dərman preparatları üçün bizə dörd əsas sənəd təqdim edilir. Eyni zamanda onların keyfiyyəti laborator müayinə edilir. Hazırda tibbi vasitələrin keyfiyyətini yoxlamaq üçün laboratoriya yoxdur. Belə bir laboratoriyanın yaradılması istiqamətində iş aparılır. Yaradıldıqdan sonra həm ölkəmizdə istehsal olunan, həm də idxal olunan tibbi vasitələrin keyfiyyətini yoxlamaq mümkün olacaq".

1059

Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb

116
(Yenilənib 20:51 14.07.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

BAKI, 14 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 543 yeni yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ötən müddət ərzində isə ümumilikdə 584466 test aparılıb.

116
Həkim, arxiv şəkli

“Semaşko”nun koronavirusa yoluxan həkimi tənəffüs cihazına qoşulub

18
(Yenilənib 16:03 14.07.2020)
Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.

BAKI, 14 iyul — Sputnik. Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. 

Bildirilib ki, ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə o, reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".

18
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0