Xəstəxana, arxiv şəkli

Həkimlər yeni qayda ilə işə götürüləcək

67
(Yenilənib 11:23 05.11.2019)
Agentlikdən bildirilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.

BAKI, 5 noyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.

Gələn ildən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb" qəzeti, "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi" və "Azərtibbtəchizat" məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılan "Tibbi Ərazi "Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcək.

67

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

7
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

7
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: bir sutkada 4323 xəstə aşkarlandı

6
Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

6
Teqlər:
ölənlər, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər