CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ana südü, dağ çiçəyi - Uşaqlarınızı "Malış"la böyütməyin

© Sputnik / Murad OrujovБутылка с молочной смесью
Бутылка с молочной смесью - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ölkələrdə aidiyyatı qurumlar süni uşaq qidalarının qablaşdırıldığı qutuların üzərində kök və cəlbedici uşaq şəkillərinin vurulmasının bu məhsulların reklmanına xidmət etdiyi üçün yığışdırılması tələbi irəli sürüblər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "Healthy Babies Bright Futures" qeyri-kommersiya təşkilatları alyansı ABŞ-ın ərzaq məhsullarına və dərman preparatlarına nəzarət idarəsini tədqiqatın nəticəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Səbəb isə yeni tədqiqatın nəticələrinə görə, uşaq qidaları məhsullarının təqribən 95 faizinin tərkibində ağır metalların, o cümlədən arsen, qurğuşun, kadmium və civə qalıqları izlərinin mövcud olmasıdır. Hesabatda deyilir ki, testdən keçirilən uşaq qidalarının olduğu konteynerlərin 94 faizində qurğuşun, 75 faizində kadmium, 73 faizində arsen və 32 faizində civə aşkarlanıb. Tədqiqat göstərib ki, testdən keçirilmiş məhsulların 26 faizinin tərkibində 4 metal, 40 faizində isə azı 3 metal olub.

Aqronom və istehsalçıların görüşdüyü yer - Qida sənayesi sərgisi necə keçdi  - Sputnik Azərbaycan
VİDEO
Aqronom və istehsalçıların görüşdüyü yer - Qida sənayesi sərgisi necə keçdi

Qeyd edək ki, Azərbaycanda uşaq qidaları istehsal edilmədiyindən bu məhsula olan tələbat idxal hesabına ödənilir. Bu gün bazarda müxtəlif əmtəə nişanlı uşaq qidaları satılır.

Bəs Azərbaycanda satılan uşaq qidaları ilə bağlı belə bir təhlükə varmı?

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq qidaları istehsalçılarına ciddi nəzarət olunur. Baş pediatr bu baxımdan uşaq qidalarının tərkibinin yoxlanıldığını söyləyib. Bununla belə N. Quliyev valideynləri imkan olduğu qədər hazır uşaq qidaları almaqdan çəkinməyə səsləyir. N. Quliyev deyir ki, uşaq qidalarının hazırlanmasında quru süd tozundan, yaxud da qatılaşdırılmış süddən istifadə etmək təhlükəlidir: "Hazır uşaq qidalarına xarab olmaması üçün stabilizatorlar qatılır. Uşağa təzə süddən hazırlanmalıdır. Bəzən valideynlər uşaq qidaları satan şirkətlərin şirnikləndirici reklamına aldanırlar. Yaxşı olar ki, uşağa yemək hazırlanarkən təzə məhsullardan istifadə edilsin".

Qoşqar Təhməzli - Sputnik Azərbaycan
Məktəblərdə qida təhlükəsizliyi necə təmin ediləcək - AQTA sədri danışır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Azərbaycana idxal olunan uşaq qidalarının yalnız təhlükəsizliyə görə yoxlanıldığını söyləyib: "Uşaq qidaları çox mürəkkəb qidalardır. Azərbaycanda qanunvericiliklə körpə qidalarının 3-cü ölkədən idxalı qadağandır. Amma çox təəssüf ki, Azərbaycana 3-cü ölkələrdən də uşaq qidaları idxal olunur. Bu da həmin qidaların keyfiyyəti ilə bağlı şübhələri artırır".

E. Hüseynov bildirib ki, ölkəmizdə süni uşaq qidalarına tələbat belə qidaların təbliğatı və ana südü ilə əmizdirmə faizinin aşağı olması ilə bağldıdır.

Qeyd edək ki, uşaq qidaları bazarında canlanma yaradan daha bir amil bu qidaların tərkibində uşaqların inkişafı üçün lazımi vitamin və mineralların olması ilə bağlı təbliğatın aparılması ilə bağlıdır. Təsadüfi deyil ki, bir sıra ölkələrdə aidiyyatı qurumlar süni uşaq qidalarının qablaşdırıldığı qutuların üzərində kök və cəlbedici uşaq şəkillərinin vurulmasının bu məhsulların reklmanına xidmət etdiyi üçün yığışdırılması tələbi irəli sürüblər.

Xəbər lenti
0