Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstələrin həyatı üçün vacib yenilik: Nazir əmr verdi, məcbur olacaq

© AFP 2023 / THOMAS SAMSONБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir əmr verdi: Noyabrın 1-dən ölkə səhiyyəsinin tarixində yeni dövrə qədəm qoyulacaq, yeni qayda tətbiq olunacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan səhiyyəsində illərdir ki, gözlənilən yenilik tətbiq ediləcək. Belə ki, Səhiyyə naziri Oqtay Şirəliyev ilkin səhiyyə xidmətində kilinik protokolların tətbiqi barədə əmr imzalayıb. Əmrdə bildirilir ki, Finlandiyanın Tibb Cəmiyyətinin "Duodecim Publications" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kilinik protokollar ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrində 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək. Bununla bağlı Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırıq, Səhiyyə Nazirliyinin tabeliyində olmayan tibb müəssisələrinin rəhbərlərinə tövsiyə verilib.

Səhiyyə Nazirliyi yanğında xəsarət alanlarla bağlı məlumat yayıb>>

Sputnik Azərbaycan-ın əməkdaşı ilkin səhiyyə xidmətində kilinik protokolların tətbiqinin tibbi xidmətin keyfiyyətinə, xəstələrin hüquqlarının qorunmasına hansı töhfə verəcəyini araşdırıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nabil Seyidov açıqlamasında bildirib ki, kliniki protokollardan bütün dünyada istifadə edilir: "Kliniki protokollar həm göstərilən tibbi xidmətin keyfiyyətinin təminatçısıdır, həmçinin də tibbi xidmətlərin standartlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir. Klinik protokolların səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır. Yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolların hazırlanması ciddi və məsuliyyətli işdir. Bilirsiniz ki, hansı dərman preparatının, hansı müalicə metodunun yaxşı olması daim araşdırılır. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda səhiyyə və sosial müdafiə xərcləri artırılır
Bunların əsasında hər hansı elmi sübutlar ortaya çıxır. Bu elmi sübutlar hər üç-beş ildən bir yenilənir və özünü klinik protokollarda əks etdirir. Klinik protokollar ən son elmi sübutlara çıxış deməkdir. Bu, xəstələrin müalicəsi və sağlamlığı üçün də mühüm sənəddir. Həkimlərin müayinə və müalicəni düzgün aparmasına imkan yaradır. Kliniki protokollar tibbi xərclərin də tənzimlənməsinə səbəb olur. Lazımsız müayinələrə ehtiyac qalmır. Tibb müəssisələrində lazımsız müayinələr və analizlər azalır. Kliniki protokolların dövlətə, cəmiyyətə, səhiyyə sektoruna böyük xeyri var".

Nabil Seyidov deyir ki, kliniki protokol tətbiq olunduqda xəstənin ən son müalicə metodu ilə müalicə alması təmin olunur. Hətta kliniki protokollar regionlardakı xəstələrin həyatında da öz müsbət təsirini göstərir: "Bakıda olduğu kimi, bütün bölgələrdə eyni əsaslarla pasiyentlər keyfiyyətli müalicəni əldə etmiş olurlar. Paytaxtda müalicə alan xəstə öz evinə getdikdən sonra öz yaşadığı rayonda da həkim tərəfindən müalicəni davam etdirə bilir. Hətta kliniki protokol imkan verir ki, xəstəyə xaricdə başlanmış müalicə Azərbaycanda da davam etdirilsin. Çünki kliniki protokollar həmin ölkələrin kliniki protokolları əsasında aparılır. Bu da müalicənin davamlılığını təmin edir".

Amma N.Seyidov deyir ki, kliniki protokollarda diqqətli olmaq lazımdır: "Bakı və Qazaxda tibb mərkəzlərinə müraciət edən pasiyentlər arasında fərq var. Ona görə də Bakıda və regionlarda aparılan müayinələr fərqlənə bilər. Kliniki protokollar tətbiq edilərkən bu məqamlar nəzərdə alınmalıdır. Bu normal haldır. Ona görə də milli səviyyədə qəbul olunmuş kliniki protokollarda hər bir bölgənin tibbi imkanları nəzərə alınmalıdır".

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tələblərindən biri xəstələrin kliniki protokola əsasən müalicə edilməsi məsələsidir: "Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir".

M.Quliyevin sözlərinə görə, bu, xəstələrin müalicəsinin keyfiyyətli aparılmasına səbəb olacaq. Həkimlər xəstələri səhv müalicə etməkdən çəkinəcəklər.

QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı

Qeyd edək ki, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva da bütün xəstəxanalarda klinik tibbi protokolların tətbiqinin vacib olduğunu deyib. O bildirib ki, klinik tibbi protokolların bütün xəstəxanalarda mütləq olmasını tələb edən yanaşma həm qanunvericilikdə öz əksini tapmalıdır, eyni zamanda onun tətbiqinə ciddi nəzarət mexanizmlərini müvafiq icra hakimiyyəti qurumları həyata keçirməlidir. Deputat bildirir ki, xəstəxanalarda klinik tibbi protokolların olmaması pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinə, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə öz mənfi təsirini göstərəcək. Q.Paşayeva deyib ki, pasiyentlər, xəstələr ilə tibb işçiləri, tibb müəssisələri arasında narazılıq doğuran məsələlərin məhkəmə müstəvisində həlli üçün də klinik tibb protokollar istinad sənədi rolunu oynayır, ona görə də onun bütün xəstəxanalarda tətbiqi vacibdir. Eyni zamanda, bu gələn ildən geniş tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı mühüm sənəddir.

Xəbər lenti
0