Planşetdən istifadə edən uşaqlar, arxiv şəkli

Uşaqlar arasında psixi pozuntuların artmasının ilginc səbəbi - Düşmən evin içindədir

562
(Yenilənib 16:20 21.10.2019)
"Valideynlər bilməlidirlər ki, uşaqların kompyuterə, smartfonlara yüklənmiş, internet vasitəsilə baxdıqları oyunlar onların sinir sistemini oyadır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Uşaqlar arasında psixi pozuntular və davranış pozuntuları artıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli bildirib ki, 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb. Baş psixiatr deyib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir.

Onun sözlərinə görə, uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan bir çox faktorlar var. Lakin onların arasında hiperinformasiyanı, informasiya çoxluğu faktorunu ilkin səbəb hesab etmək olar:"Bu gün 5-ci sinfin riyaziyyat proqramı mənim oxuduğum dövrün proqramından tam fərqlidir. Bu, təbiidir. Çünki bu gün 21-ci əsrdir, tədris sistemi inkişaf edib. Lakin uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan ən əsas amil hiperinformasiya axınıdır. Hiperinformasiyaya internet oyunları da aiddir". 

İnternet oyunlarının psixikaya olan mənfi təsirindən Sputnik Azərbaycan-a danışan G.Gəraybəyli qeyd edib ki, kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya bilavasitə mənfi təsir edir.

Qeyd edək ki, internet oyunlarının uşaq psixikasına mənfi təsiri barədə dəfələrlə həyəcan təbili çalınsa da, uşaqları internet oyunlarına aludəçilik kimi zərərli vərdişdən ayırmaq mümkün olmur.

Səhiyyə Nazirliyinin baş uşaq nevropotoloqu, ATU-nun II sinir xəstəlikləri və tibbi genetika kafedrasının dosenti Ramin Rzayev internet oyunlarından asılılığın uşaqlarda bir sıra nevroloji pozuntulara yol açdığını söyləyir. Həmsöhbətimiz deyir ki, istənilən internet oyunu uşaqlarda sinir sistemi oyanıqlılığına səbəb olur. Bu isə yuxu pozğunluğuna gətirib çıxardır. Baş uşaq nevropatoloqu deyir ki, azyaşlı uşaqların kompüterə, telefona internet oyunlarını oynamaq üçün meyillənməsi asılılıq yaradır:

"Valideynlər bilməlidirlər ki, uşaqların kompüterə, smartfonlara yüklənmiş, internet vasitəsilə baxdıqları oyunlar onların sinir sistemini oyadır. Uşaqlarda bu gözlərini tez-tez yumma, beyində dəyişikliklərə səbəb olur. Oyunlarda tez-tez dəyişən rəngləri uşaqların beyni qəbul edə bilmir. Nəticədə sinir sistemi oyanır. Bu uşaqda yuxu pozğunluğu, əsəbi vəziyyət yaradır".

Baş nevropatoloq bildirir ki, internet oyunlarının mütləq əksəriyyəti onların yaş senzinə uyğun deyil: "Bəzi oyunlarda zorakılıq açıq-aşkar təbliğ edilir. Həmin oyunlarda öz bacarığını nümayiş etdirə bilməyən uşağın sinir sistemi gərginlikdə qalır".

R.Rzayev deyir ki, uşaqları kompüterdən uzaq tutmağa, o cür oyunları oynamağa alışdırmaq düzgün deyil: "Çox təəssüf ki, uşaqlar bəzən kiçik yaşlarından bu cür oyunlara alışırlar. Üstəlik kompüter oyunlarına son dərəcə aludəçilik uşaqlarda diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir".

Məktəblərdə inqilab gözlənilir: STEAM sistemi genişlənir>>

R.Rzayev kompüter və smartfonlar vasitəsilə oynanılan oyunların uşaqlarda görmə zəifliyi də yaratdığını bildirir. Onun sözlərinə görə, uşaqlarda kompüter oyunlarından asılılıq oturaq həyat tərzinə, nəticədə artıq cəkinin yaranmasına və osteoxondroza səbəb olur".

Xatırladaq ki, G.Gəraybəyli uşaqlarda internet oyunlarından asılılığın özünəqapanma, sosial əlaqələrin pozulması, autistik təfəkkürə meyllilik, əhval-ruhiyyənin qeyri-sabit olması, tez özündənçıxma, əsəbi gərginlik, yuxu pozuntusuna səbəb olduğunu bildirib. G.Gəraybəyli hesab edir ki, fiziki aktivliyin artırılması, idman etmək, açıq havada gəzmək, düzgün qidalanmaq bu problemləri bir qədər nizamlaya bilər:

"İnformasiya texnologiyaları sahəsi üzrə məşğul olanlar mənim bu fikrimdən narazıdırlar. Ancaq mən belə hesab edirəm ki, uşaqlar üçün olan kompüter oyunları müəyyən mənada nizamlanmalıdır. Kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya, xüsusilə uşaqların psixikasına bilavasitə mənfi təsir edir. İnsan canlı ünsiyyətdən aralanır".

Qeyd edək ki, kompüter oyunlarının uşaqların psixologiyasına mənfi təsir etdiyini, zehni yorğunluğa səbəb olmaqla yanaşı uşaqlar arasında aqressiyanı artırdığını alimlər də sübut edib. Dünyanın hər yerində psixiatrlar və psixoloqlar, eləcə də nevropatoloqlar uşaqları internet oyunlarından uzaq tutmağa səsləsə də, əks vəziyyət müşahidə olunur. Bu isə, şübhəsiz ki, gələcəyimiz olan uşaqlar arasında davranış pozğunluğu, psixi pozğunluq, diqqətsizlik kimi problemlərin meydana çıxmasını sürətləndirir.

562
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

13
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

13
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

35
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə