Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortaya keçdikdən sonra pulsuz verilən dərmanların sayı dəyişə bilər

© AP Photo / Ebrahim NorooziDərmanlar, arxiv şəkli
Dərmanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Almaniya, Belçika, İngiltərə, Fransa kimi bir çox ölkələr qalaraq niyə İranla belə münasibətlər qurmalıyıq? Düşünürəm ki, dünyanın aparıcı firmaları ilə birgə müştərək əlaqələr qurmalı, zavodlar formalaşdırmalıyıq" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Rusiyada pulsuz verilən dərmanların sayı artırılıb. Belə ki, bu dərmanların sayı 733-dən 758-ə qaldırılıb. Məlumata görə, pulsuz veriləcək 758 adda dərmandan 500-ü Rusiyanın öz istehsalı hesabınadır.

Maraqlıdır, Azərbaycanda bu baxımdan vəziyyət necədir? Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

“Rusiyanın oturuşmuş əczaçılıq sənayesi, böyük kadr potensialı var. Bu gün Rusiyada nəinki sovet dövründə istehsal olunan, hətta biokimyanın ən müasir üsulu ilə hazırlanan preparatlar var. Rusiyada immunoloji müalicə üçün lazım olan dərmanların da istehsalına başlanılıb. Bu səbəbdən Rusiya ilə Azərbaycan müqayisəolunmazdır”.

“Azərbaycanın isə bir zamanlar fəaliyyət göstərən əczaçılıq zavodu dağılıb. Orada da yod və “leyner” mazı istehsal olunurdu. Hazırkı duruma nəzər yetirsək, Azərbaycanın əczaçılıq sənayesinin yenidən qurulmasının vacib olduğunu görə bilərik”, - deyə A.Qeybulla əlavə edib.

Таблетка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə

Ekspert müştərək fəaliyyətdən də danışıb: “Almaniya, Belçika, İngiltərə, Fransa kimi bir çox ölkələr qalaraq niyə İranla belə münasibətlər qurmalıyıq? Düşünürəm ki, dünyanın aparıcı firmaları ilə  müştərək əlaqələr qurmalı, zavodlar formalaşdırmalıyıq. Bu yolla əczaçılıq sənayesində müsbət nəticə əldə etmək olar. Çünki Azərbaycanın xeyli dərman bitkiləri var. Dərmanların istehsalı üçün əlverişli şərait də var. Bəzi dərman preparatlarının ölkədaxili istehsalı ilə xeyli irəli düşə bilərik”.

“Azərbaycanda 167 adda dərman pulsuz verilir. Lakin icbari tibbi sığortaya keçirildikdən sonra bu rəqəm dəyişiləcək. Çünki bu paketdə ümumi rəqəm deyil, bu dərmanların adları da göstərilməlidir”, - deyə o əlavə edib.

Xəbər lenti
0