Səhiyyə nazirliyi

Səhiyyə nazirindən əhalinin sağlamlığına dair mühüm əmr

22
(Yenilənib 11:31 09.10.2019)
Qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilib

BAKI, 9 oktyabr — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, Respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

22
 Ciyərin rentgeni, arxiv şəkli

Şar üfürmək olmaz pulmonoloq ciyərlərin bərpasından danışır

134
(Yenilənib 23:01 03.08.2020)
Иronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər

BAKI, 3 avqust — Sputnik. Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

 

134
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

165
(Yenilənib 21:18 03.08.2020)
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

165
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0