Xəstəxana - Hospital

Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı

10
(Yenilənib 12:43 01.10.2019)
Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb

BAKI, 1 oktyabr — Sputnik. Sentyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 1573 müraciət daxil olub.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.

10
 Ciyərin rentgeni, arxiv şəkli

Şar üfürmək olmaz pulmonoloq ciyərlərin bərpasından danışır

130
(Yenilənib 23:01 03.08.2020)
Иronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər

BAKI, 3 avqust — Sputnik. Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

 

130
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

165
(Yenilənib 21:18 03.08.2020)
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

165
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı

1
(Yenilənib 11:46 04.08.2020)
Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində ən böyük yeganə səhvdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Yaxın Şərqə qoşunların göndərilməsi Birləşmiş Ştatlar tarixində ən böyük səhvdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Axios"-a müsahibəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp bildirib.

"Biz İŞİD-i zərərsizləşdirdik... Bu xilafətin 100%-ni... Biz Süleymanini (İran generalı-red.), əl-Bağdadini (İŞİD lideri-red.) "aradan qaldırdıq". Mən digər prezidentlərin etmədiyi çox şeyi etmişəm. Onlar gərək heç vaxt Yaxın Şərqə girməzdilər" - deyə Tramp qeyd edib.

O, vurğulayıb ki, Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində yeganə ən böyük səhvdir.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

1