CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızların erkən cinsi münasibətləri 15-17 yaş arası abort hallarını artırıb

© AFP 2023 / GENT SHKULLAKUUltrasəs müayinəsinə gedən hamilə qadın
Ultrasəs müayinəsinə gedən hamilə qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert Elgün Səfərov deyir ki, 15-17 yaşlı qadınlar arasında abortların baş verməsinin əsas səbəbi erkən nikah faktoru olsa da, burada qeyri-rəsmi münasibətlər də rol oynayır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda son illərdə abort etdirən qadınların sayı artıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son beş ildə ölkədə ümumilikdə 163 min abort qeydə alınıb. Abort etdirənlər arasında 17 yaşa qədər olan yeniyetmələrin sayında da artım var. Məlumata görə, 2018-ci ildə edilən abortların 1 238-i 15-19 yaşlı qadınların payına düşür. Həmin abortların 40-ı 15-17 yaşlı, 1 198-i isə 18-19 yaşlı qadınlar tərəfindən edilib. 2017-ci ildə isə 15-19 yaşlı qadınların sayı 1605, onlardan da 15-17 yaşında olanlar 46 nəfər, 18-19 yaşlı olanlar isə 1 559 nəfər təşkil edib. 2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 abort halı qeydə alınıb. Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə 27 220, 2015-ci ildə 27 452, 2016-cı ildə 34 569, 2017-ci il ərzində 37 618, 2018-ci il - 36 141 abort qeydə alınıb. 2018-ci ildə edilən abortların 815-i və ya 2,3 faizi ilk dəfə hamilə olmuş qadınlar üzərində həyata keçirilib.

Qeyd edək ki, yeniyetmələr arasında abort hallarının qeydə alınması narahatlıq yaradır.

Медицинские инструменты, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycandakı abortların sayı açıqlandı

Bakı şəhəri 5 saylı Doğum Evinin Qadın məsləhətxanası şöbəsinin müdiri Leyla Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 15-17 yaş arası abort hallarının qeydə alınmasının əsas səbəbi erkən nikah faktorudur. Həmsöhbətimiz deyir ki, bu yaşda qadınların orqanizmi hamiləliyə hazır deyil: "Ona görə də 15-17 yaşda hamiləliyin gedişində fəsadların ortaya çıxma riski reproduktiv yaşlı qadınlarla müqayisədə dəfələrlə yüksəkdir. Erkən nikah yaşı ilə bağlı statistika reallığı əks etdirmir. Erkən nikahların sayının nə qədər olduğunu abort və doğuşların sayında görə bilərik. Abort və doğuşların sayı göstərir ki, istənilən halda erkən nikah problemi ölkəmizdə mövcuddur".

L.Məmmədova deyir ki, bu gün əsasən erkən yaşda hamiləliklərdə dölün inkişafdan qalması halları müşahidə olunur. Həmin yeniyetmələrdə hamiləlikdə döl inkişafdan qaldıqda hamiləlik sonlandırılır və bu, abortların statistikasına əlavə olunur.

O ki qaldı yeniyetmə dövrdə abortların hansı fəsadlara səbəb olacağına, şöbə müdiri bildirir ki, abortların fəsadlarına istənilən yaşda rast gəlinir. Eyni problem 15-17 yaşda abortlarda da ortaya çıxa bilər: "Abortlar zamanı infeksion yoluxma və qanaxma baş verə bilər. Abortarın ən böyük təhlükəsi sonsuzluğa səbəb olmasıdır. 15-17 yaşda abortlar da gələcəkdə hamiləliyə problem yarada bilər. Abort zamanı uşaqlıq boynunun zədələnməsi gələcəkdə düşüklərə gətirib çıxarda bilər".

Женщина проходит обследование в клинике, фото из архива - Sputnik Azərbaycan
Qanun layihəsi qəbul edildi, aborta icazə verilir

Həmsöhbətimiz deyir ki, daha bir problem yeniyetmə hamilələrin hamiləlik zamanı həkimə müraciəti ilə bağlıdır. İstər yeniyetmə, istərsə də onun ailə üzvləri nikahın qeyri-qanuni olduğunu bildiklərindən, hüquq-mühafizə orqanlarının müdaxiləsindən çəkindikləri üçün qadın məsləhətxanasına müraciət etmirlər. Buna görə də hamiləliklə bağlı problemlər vaxtında aşkar olunmur və bu da istər ana, istərsə də döl üçün qeyd olunan ağırlaşmalara gətirib çıxarır. Hamiləliyin süni pozulması qadınların reproduktiv sağlamlığına neqativ təsir göstərən əsas tibbi-sosial faktorlardan biridir.

Avropa Şurasının gender bərabərliyi komissiyanın eksperti Elgün Səfərov isə deyir ki, bu gün 15-17 yaşlı qadınlar arasında abortların baş verməsinin əsas səbəbi erkən nikah faktoru olsa da, burada qeyri-rəsmi münasibətlər də rol oynayır. Həmsöhbətimiz deyir ki, beynəlxalq normalarda yetkinlik yaşına çatmayana qədər cinsi münasibət məqsədəuyğun hesab edilmir: "Amma gəlin etiraf edək ki, bu gün yetkinlik yaşına çatmayanlar arasında da cinsi münasibət halları var. Bu hallar da 15-17 yaş arasında abort statistikasına təsirsiz ötüşmür".

E.Səfərov bildirir ki, qeyri-rəsmi münasibətdən yaranan abortlar əksər hallarda qeydiyyata düşmür: "Qanunvericilikdə 17 yaşa qədər cinsi münasibəti qadağan edən maddə yoxdur. Ola bilər ki, kimsə cinsi münasibətə 15, kimsə də 16 yaşdan başlasın. Burada o zaman məsuliyyət yaranır ki, ortada məcburetmə faktı olsun. Əgər ortada cinsi münasibətə məcburetmə, cinsi təcavüz yoxdursa, bu cinayət sayılmır. Bəzən belə cinsi münasibətlərdən hamiləliklər abortla nəticələnir".

Xəbər lenti
0