CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakənli uşaqlara diaqnoz qoyuldu: Ana səriştəsiz tibb işçilərinin tənbehinə tuş gəlib

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidСотрудница в лаборатории по анализу крови
Сотрудница в лаборатории по анализу крови - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə uğursuz cəhddən sonra həkimlər Azərbaycanın ən ucqar sərhəd rayolarından birində dəri xəstəliyinə tutulan uşaqların dərdinə əlac etməyə başlayıblar

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Qalmaqal yarandıqdan sonra həkimlər Balakən bölgəsində xəstə uşaqlara diaqnoz qoya biliblər.

Balakən rayonunun Yeni Şərif kənd sakini Samirə Rəsulovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kənddə ikisi onun oğlu, dördü qardaşının övladları, ikisi də qonşunun uşaqları olmaqla 8 uşaq naməlum xəstəliyə tutulub. Uşaqların bədənini şiddətli qaşınma və qızartı ilə müşayiət olunan qabarcıqlı səpkilər bürüyüb.

 Təcili Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəstə əvəzinə məişət əşyaları daşıyırlar

Tibb məntəqəsinin və Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə müraciət etsələr də, onlar dəqiq diaqnoz qoya bilməyiblər. Həmin vaxt xəstəlik özbaşına keçib, sonra yenidən qayıdıb. Nəticədə Rəsulovanın iki aylıq körpəsi və gəlinləri də bu xəstəliyə tutulub.

Sonra bu barədə kütləvi informasiya vasitələrində məlumat yayılıb. Lakin Səhiyyə Nazirliyi faktı rəsmi təkzib edərək bildirib ki, heç kim belə bir şikayətlə həkimlərə müraciət etməyib. Kəndin rəhbərliyi də Rəsulovlar ailəsini demək olar ki, xəyanətdə ittiham edib, hətta həbs etdirməklə də hədələyiblər.

"Biri gəlib, o biri gedirdi. Bizdən soruşurdular ki, niyə bu xəstəliklə bağlı danışmışıq. Kənd sakinləri isə ümumiyyətlə, bizim Sibir xorası xəstəliyinə tutulduğumuz barədə şayiələr yayırdılar. Sonra kənd icra nümayəndələri gəldilər. Heç bir Sibir xorasından söhbət gedə bilməzdi, məsələ başqa idi", - deyə Rəsulova ona və ailəsinə edilən haqsız hücumlardan bəhs edib.

Qadın bildirib ki, ona hansısa formada "məşhurlaşmaq" lazım deyildi. Yeganə istəyi o olub ki, həkimlər uşaqlara düzgün diaqnoz qoysunlar və onları müalicə etsinlər.

Qalmaqal hər halda nəticə doğurub: Uşaqlara bir neçə həkim təkrar baxıb, növbəti cəhddə nəhayət ki, diaqnoz qoymaq mümkün olub. Sən demə onlar, adi qoturluğa yoluxublar.

Tibb işçiləri artıq qadına və uşaqlara müalicə yazıblar.

Xəstəxana - Sputnik Azərbaycan
SƏHİYYƏ
Son günlər çoxlarını narahat edən xəstəliklə bağlı - Bu hallarda həkimə getməlisiniz

Bununla yanaşı, Rəsulovanın dediyinə görə, mütəxəssislər gəlib və evlərini dezinfeksiya ediblər. Onlara paltarları yuyarkən yalnız məişətdə istifadə üçün nəzərdə tutulan kimyəvi maddələrdən istifadə etmək, paltarları ütüləyərək geyinmək və gigiyena qaydalarına riayət etmək məsləhət görülüb.

Bir neçə günlük müalicədən sonra uşaqların bədənində yaxşılaşma müşahidə edilib. Lakin ailə karantini gözləməkdə davam edir.

Rəsulovanın sözlərinə görə, uşaqların qonşu kənddən gətirdikləri pişikdən yoluxduğunu ehtimal edirlər. Çünki analoji hal həmin pişikdə də aşkarlanıb.

Lakin günahsız it və pişiklərə qarşı terror dalğasından qaçmaq üçün xatırladaq ki, qoturluq birbaşa kontakt nəticəsində insandan insana da keçir.

Qoturluğa dəri xəstəlikləri arasında tez-tez rast gəlinir. Dərinin parazitar xəstəliyi olan və mikroskopik gənələr tərəfindən törədilən bu xəstəlik bütün canlılar arasında yayıla bilər. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit və psoriaz xəstəlikləri ilə səhv salırlar.

Xəstəxana - Hospital - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu xəstəlik 20 il özünü gizlədə bilir

Yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. İnfeksion xəstəlik olan qoturluq əsasən insanların çox toplandığı və bir-biri ilə təmasda olduğu məkanlarda daha sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə də keçə bilər.

Xəstəlik ilk olaraq özünü qaşınma ilə büruzə verir və bu əlamətlər 1-6 həftədən sonra meydana çıxır. Qaşınma əsasən axşam saatlarında intensivləşir. İlkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə və 0,5-1 sm-ə qədər uzunluqda olur. Yolun səthində-gənənin girdiyi və çıxdığı yerdə iki qara nöqtə görünür. Problem ən çox əl barmaqlarının arasında, büküşlər, dirsək, bilək və sağrı nahiyələrində müşahidə edilir. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.

Dünyada 200 milyondan çox insan qoturluqdan əziyyət çəkir. Bu xəstəlik ən çox tropik ölkələrdə, ən əsası da uşaq və qocalar arasında yayılıb.

Xəbər lenti
0