CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyəcanın adı var, özü yox? - Nazirlik Balakənlə bağlı suala cavab verdi

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb

BAKI, 17 sentyabr — Sputnik. Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.

Xəbər lenti
0