CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarayaraya görə yenidən müraciət olub

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq araşdırmalara başlanılıb

BAKI, 9 sentyabr — Sputnik. 24 və 36 yaşlı Sabirabad rayon sakinləri Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar.

Hazırda xəstələrin adıçəkilən xəstəxananın infeksion şöbəsində müalicələri davam edir. Onların vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, artıq faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Araşdırmalara başlanılıb.

Xəbər lenti
0