Akupunktura üçün iynə

Tarixdən gələn qeyri-adi üsul İynələnib xəstəliklərdən azad ola bilərsiniz

110
(Yenilənib 16:00 07.09.2019)
Aparılan son tədqiqatlar isə bu üsulla hətta bir çox xəstəliklərin də sağaldığını söyləməyə əsas verir. Ənənəvi Çin təbabətində artıq bu üsulla hətta sonsuzluğu, şəkər xəstəliyini, müxtəlif ağrıları, miqreni sağaltmaq mümkündür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. İnsanlar hələ qədim dövrlərdə, tibbin bir elm kimi inkişaf etmədiyi zamanlarda müxtəlif üsullarla dərdlərinə əncam çəkməyə, ağrılarını, xəstəliklərini sağaltmağa çalışıblar. Bunun üçün qədimdə icad edilən və bu günümüzə kimi gəlib çıxan üsullardan biri akupunktura adlanır. Çində yaranan bu üsuldan bu gün Azərbaycanda bəzi tibb müəssisələrində az da olsa, istifadə edilir.

Bəs akupunktura nədir?

Akupunktura — iynə və sancmaq, çalmaq — bədənin xüsusi aku nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılıb. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Şəfaverici bu üsul Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir.

İynələr bioloji aktiv nöqtələrə vurulur
© Sputnik / Nigar Iskanderova.

Maraqlıdır, bu gün ölkəmizdə adıçəkilən müalicə üsulu geniş yayılıbmı? İnternet üzərindən apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlmək olar ki, ölkəmizdə akupunktura ilə məşğul olan həkmi və mütəxəssislərin sayı olduqca azdır, hətta barmaqla sayılası qədərdir. Həkim və mütəxəssislərin sayının az olması isə elə insanlar arasında da bu təbabət üsulunun geniş yayılmamasını göstərir.

Akupunktura ilə məşğul olan həkim Sidiqə Süleymanova da gəldiyimiz qənaəti təsdiq edir. Artıq 11 ilə yaxındır bu üsulla xəstələrə şəfa verən mütəxəssislə terapiya zamanı söhbət apardıq. Onun qəbulunda olan Əhməd Məmmədov bel və onurğa ağrısı üçün həkimə müraciət etdiyini və ilk dəfədir ki, belə bir seansa gəldiyini bildirdi. 

Akupunktura ilə məşğul olan həkim Sidiqə Süleymanova
© Sputnik / Nigar Iskanderova.
Akupunktura ilə məşğul olan həkim Sidiqə Süleymanova

Həkim elə seans zamanı həm bu üsul, həm də prosedur haqda bizi məlumatlandırdı: "Steril olunmuş iynələri bədənimizdə olan xüsusi aktiv nöqtələrə vurmaqla və bunu bir neçə seans davam etdirməklə müxtəlif problemləri aradan qaldırmaq olar. Bu zaman bədəndə, həm hormonal sistemdə, həm də sinir sistemində müəyyən dəyişikliklər olur. Bizə daxil olan müraciətlərin bir qismi məhz sinir sistemi xəstəlikləri ilə bağlıdır. Onurğa, bel, qol, ayaq ağrıları zamanı da bu üsul çox effektlidir".

"Seanslarımız gündəlik və günaşırı olur. Kurs müalicə 10-15 gün təşkil edir. Bir günlük proseduran qiyməti isə 10-20 manat arasında dəyişilir. Qiymət isə əsasən xəstəliyə görə fərqlənir. Günlük prosedur isə 5-45 dəqiqə arasındadır. “Tormozlanmaya” görə, yəni əzələ sistemində keyliyin yaranması ilə bağlı şikayət varsa, bunun üçün prosedur 5 dəqiqə, stimulyasiya üçün olan prosedur isə 45 dəqiqə davam edir. Effektini isə 5 gün sonra görmək mümkündür" - deyə həmsöhbətimiz əlavə edir.

Bir günlük proseduran qiyməti isə 10-20 manat arasında dəyişilir
© Sputnik / Nigar Iskanderova.
Bir günlük proseduran qiyməti isə 10-20 manat arasında dəyişilir

Onun sözlərinə görə, elə xəstəliklər var ki, onlar tam sağalmasa da, müəyyən müddət üçün aradan qaxır: "Miqreni buna misal çəkmək olar. Bir xəstəm vardı, miqrenə görə 5 il əvvəl bir kurs müalicə aldı. Bu yaxınlarda bir də mənə müraciət etdi. Qadın hansısa yaxınını itirdiyi üçün stress keçirtmişdi və bu problem xəstədə yenidən baş qaldırmışdı. 2 günlük seansla ondakı miqreni yenidən aradan qaldırdıq".

Akupunkturanın tarixinin Çinin yazılı dövründən çox qədimlərə söykəndiyi irəli sürülür. Xan Hanedanlığı dövründə (miladdan öncə 206-220 illər) qələmə alınan Shuo Wen Jie Za adlı kitabda qeyd edilir ki, iynələrin istismarından çox əvvəl bian deyilən iti kənarlı daşların istifadə edilib. Zamanla bian daşlarının yerinə sümük və ya bambukdan hazırlanan iynələr istifadə edilməyə başlanıb.

 Həkim Sidiqə Süleymanova seans zamanı
© Sputnik / Nigar Iskanderova.
Həkim Sidiqə Süleymanova seans zamanı

Həkimin sözlərinə görə, daxil olan müraciətlər arasında gecə altını islatmaya görə olan müraciətlər üstünlük təşkil edir. Bu zaman isə azyaşlının bel və qarın nahiyələrinə həmin steril olunmuş iynələri sancmaqla qısa müddətdə müsbət nəticə əldə edilir: "Bu iynələr bioloji aktiv nöqtələrə vurulur. Bunun üçün isə tərəfmizdən öncədən bir çertyoj tərtib olunur. Bu çertyojda biz günlər üzrə hansı nöqtələrə akupunktura tətbiq edəcəyimizi müəyyənləşdiririk. Nöqtələr bəlli olduqdan sonra qısa müddətdə istədiyimiz nəticəni əldə etmiş oluruq. Məsələn, iflic keçirən bir qadın vardı, bu prosedurla onun üzündə korreksiya aparıldı və ağızətrafı əyrilik aradan qalxdı".

Qeyd edək ki, aparılan son tədqiqatlar isə bu üsulla hətta bir çox xəstəliklərin də sağaldığını söyləməyə əsas verir. Ənənəvi Çin təbabətində artıq bu üsulla hətta sonsuzluğu, şəkər xəstəliyini, müxtəlif ağrıları, miqreni sağaltmaq mümkündür. Hər bir xəstəliyin sağalması üçün isə bədəndə lazım olan nöqtələri tapmaq lazımdır. Aktivasiya nöqtələri tapıldıqdan, iynələr vurulduqdan sonra artıq xəstəliyin müalicəsinə başlanılır. Akupunktura vasitəsilə bu cür problemlər bir neçə seansla köklü şəkildə həllini tapır. Bu üsulla həmçinin hormonal balanssızlığı, neqativ enerjini aradan qaldıraraq xoş əhval-ruhiyyə bəxş edir.

Steril olunmuş iynələr baş nahiyəyə sancılıb
© Sputnik / Nigar Iskanderova.
Steril olunmuş iynələr baş nahiyəyə sancılıb

Bundan başqa akupunktura çəkini normada saxlamağa, diabet xəstələrində qlükozanın lazım olan səviyyədə qalmasına, mədəaltı vəzin fəaliyyətinin sabitliyinə kömək edir. Bədənimizdə olan hormonların səviyyəsinin qalxmasında da bu üsulun rolu danılmazdır.

Şəkər xəstələri üçün bir seansın 20-30 dəqiqə olması gərəklidir.

Sonda isə 15 dəqiqəlik bir zamanda bu üsulu üzərimizdə yoxlayaraq nəticəni öyrənmək istədik. 4-5 belə steril olunmuş iynə baş nahiyəyə, ikisi ayaq, digər ikisi isə qol nahiyəyə sancıldı. Açığı, 15 dəqiqə ərzində və ondan sonrakı müddətdə bədənimdə, əhval-ruhiyyəmdə dəyişiklik hiss etmədim. Bəlkə də bunun üçün bir neçə seansa ehtiyac vardı...

110
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

171
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

171
COVİD-19 xəstəsi, arxiv şəkli

TƏBİB sədri COVİD-19-un yeni əlamətlərini açıqladı

327
(Yenilənib 18:18 03.07.2020)
Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir

BAKI, 3 iyul – Sputnik. “Son vaxtlar koronavirusa yoluxmanın xəstəliyi olmayan və yaşı gənc olanlarda da ağırlaşma ilə nəticələndiyinin şahidi oluruq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: “Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.

327
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

0
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

0