CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaq və yeniyetmələr daha çox bu yaşlarda ölür

© Sputnik / Murad OrujovЛюди на одной из центральных улиц Баку, фото из архива
Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son 18 ildə Azərbaycanda uşaqlar və yeniyetmələr arasında ölümlərin sayı azalıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. 2018-ci ildə Azərbaycanda uşaq və yeniyetmələr arasında 2 min 412 ölüm halı qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, onların 1 433-ü oğlan, 979-u isə qız olub. Bu rəqəmlər öncəki illərlə müqayisədə ölümlərin sayında azalmaların olduğunu göstərir. Belə ki, 2015-ci ildə 17 yaşadək olan uşaq və yeniyetmələr arasında 2 min 924 ölüm halı qeydə alınıb ki, onların da 1 733-ü oğlan, 1 191-i isə qız olub.

Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Övlad həsrəti ilə yananlar üçün müjdə - Onlar da sevinəcəklər

2000-ci ildə isə uşaqlar və yeniyetmələr arasında 4472 ölüm halı qeydə alınıb ki, bunun da 2 min 529 nəfərini oğlan, 1 943-nü isə qızlar təşkil edib.

Statistika göstərir ki, uşaqlar arasında ən çox ölüm halı 1 yaşadək olan müddətdə qeydə alınıb. Belə ki, ötən il 1 yaşadək olan uşaqlar arasında ölüm halı 1 547 olub ki, bu rəqəmin də 892-ni oğlan, 655-i isə qız uşaqları təşkil edib. 1 yaşadək olan uşaqlar arasında ölüm hallarında isə 3 il öncə ilə və 2000-ci illə müqayisədə azalmalar olub. Belə ki, 2015-ci ildə bu rəqəm 2 min 33, 2000-ci ildə isə 1 896 olub.

Bir yaşadək olan uşaqlar arasında ölümə əsas səbəb isə perinatal dövrdə meydana çıxan hallar, sonrakı yerlərdə isə anadangəlmə anomaliyalar, travmalar, zəhərlənmələr, xarici səbəblər və tənəffüs sistemi xəstəlikləri olub.

Ötən il uşaq və yeniyetmələr arasında ölümlərin ən çox qeydə alındığı yaş isə 1-4 və 16-17 yaşlar olub.

Xəbər lenti
0