Çağrı mərkəzi

Ötən ay hər dörd nəfərdən biri özünə yanlış diaqnoz qoyub

30
(Yenilənib 13:57 02.09.2019)
Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub

BAKI, 2 sentyabr — Sputnik. 2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub.

 AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-si isə digər xarakterli müraciətlər olub.

30
Teqlər:
müraciət, qida zəhərlənməsi, qida
Əlaqədar
Bakıda bazarda kütləvi zəhərlənmə baş verdi - SON XƏBƏR
Ehtiyatlı olun: risk qrupunda olan ərzaqlar hansılardır?
Şirvanda kütləvi zəhərlənmə: Toy az qala vaya çevrilirdi
Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi": hər şey halsızlıqdan başlayır
Toyunuzun vaya dönməsini istəmirsinizsə...
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

168
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

168
COVİD-19 xəstəsi, arxiv şəkli

TƏBİB sədri COVİD-19-un yeni əlamətlərini açıqladı

326
(Yenilənib 18:18 03.07.2020)
Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir

BAKI, 3 iyul – Sputnik. “Son vaxtlar koronavirusa yoluxmanın xəstəliyi olmayan və yaşı gənc olanlarda da ağırlaşma ilə nəticələndiyinin şahidi oluruq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: “Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.

326
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Bakıda alternativ qaz xətləri yaradılır

Bakıda alternativ qaz xətləri yaradılır

0
Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb.

 

BAKI, 4 iyul — Sputnik. Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu cür üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problemlər aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışacaq.

Dairəvi sistem kimi çalışacaq bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrində olan 5800 metr uzunluqda "Aşağı Şağan" qaz xəttinin 2500 metrlik hissəsi əsaslı təmir olunur. 2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Bu xəttin böyük bir hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

© Photo : AzeriGas Production Union
Bakıda alternativ qaz xətləri yaradılır

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı "Aşağı Şağan" qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək. Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını "Aşağı Şağan" qaz xətti ilə ödəmək mümkün olacaq.

0