Səhiyyə nazirliyi

Səhiyyə Nazirliyinin adından əsassız məlumatlar yayılır

30
(Yenilənib 12:01 02.09.2019)
Səhiyyə Nazirliyi adından yayılan məlumatlar həqiqətləri əks etdirmir

BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 2-də bir çox media qurumlarına və jurnalistlərə Səhiyyə Nazirliyinin adından e-mail ünvanlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, göndərilən məktublarda heç bir əsası olmayan məlumatlar əksini tapır: "Qeyd edirik ki, "info@sehiye.gov.az" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi e-mail ünvanı office@health.gov.az-dır".

30
Kubadan gələn tibb işçiləri

Bizi onlar xilas edəcək! Kubalı həkimləri koronavirusla mübarizə üçün Bakıya gəldilər

106
(Yenilənib 18:12 13.07.2020)
Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər

BAKI, 13 iyul — Sputnik. İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirdi. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib.

Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrutu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarə vasitəsilə həyata keçirilib. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11880 km təşkil edib.

106
Koronavirus testi, arxiv şəkli

COVID-dən sağalanların anticisimləri itir

28
(Yenilənib 02:03 13.07.2020)
Vendtnerin sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, koronavirusdan sağalanlar yenidən ona yoluxa bilərlər

BAKI, 13 iyul — Sputnik. COVID-19-dan sağalan bəzi şəxslərdə zaman keçdikcə anticisimlərin sayı azalır, bu isə təkrarən koronavirusa yoluxma riskini artırır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ZDF telekanalı danışıb.

Almaniyalı alimlər Münhenin Şvabinq klinikasında yanvar ayında müalicə olunan ilk pasiyentlərin qan analizini yoxlayarkən onlarda anticisimlərin azaldığını aşkarlayıblar.

“Yalnız yüksək təhlükəsizlik səviyyəsinə malik laboratoriyada keçirilməsi mümkün olan xüsusi test vasitəsilə biz doqquz pasiyentdən dördündə neytrallaşdırıcı anticisimlərin azaldığını müşahidə edirik”, - deyə Şvabinq klinikasının infeksion xəstəliklər şöbəsinin baş həkimi Klemens Vendtner deyib.

Eyni zamanda o qeyd edib ki, bunun uzunmüddətli immunitetə nə qədər təsir etməsi məsələsi isə hələ də spekulyasiya predmeti olaraq qalır. Ancaq Vendtnerin sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, koronavirusdan sağalanlar yenidən ona yoluxa bilərlər.

Telekanal bildirir ki, çinli alimlər də analoji nəticələrə gəliblər. Onlar bildiriblər ki, müəyyən müddət keçəndən sonra orqanizmdə anticisimlər itir. Xüsusən xəstəliyi simptomsuz keçirən xəstələrdə anticisimlərin sayı daha sürətlə azalır. Onların tədqiqatlarının nəticələri Nature Medicine jurnalinda dərc olunmuşdu.

28
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Artilleriya atəşi, arxiv şəkli

Cəbhədən yeni xəbər: Tovuzun daha bir kəndi artilleriyadan atəşə tutulub

0
(Yenilənib 10:40 14.07.2020)
Ermənilər Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O, qeyd edib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Həmin vaxt da kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

0