Dərman, arxiv şəkli

Uşaqları "qulyabani"yə çevirən dərman Azərbaycanda satılırmı?

44
(Yenilənib 20:43 31.08.2019)
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova bildirib ki, bu şirkətin dərmanları Dövlət Reyestrində qeydiyyata alınmayıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. İspaniyada 16 uşaqda "qulyabanı sindromu" adlanan nadir xəstəlik aşkarlanıb. Xəstəlik nəticəsində onların bədəni qeyri-adi dərəcədə tüklənib. Bu barədə "Daily Mail" məlumat yayıb.

Mədə xəstəliyindən əziyyət çəkən gənc pasiyentlər "omeprazol"la müalicə olunub. Bu dərmanın tərkibində isə saç artıran kosmetik vasitə - minoksidil aşkar edilib. Nəticədə, uşaqlarda hipertrixoz yaranıb. Bu xəstəlik zamanı insan bədəninin normalda tüksüz olan yerləri cinsindən və yaşından asılı olmayaraq tüklənir.

Xəstəliyə səbəb olan, "Farma-Química Sur SL" şirkətinə məxsus dərmanların bir neçə partiyası iyulun 11-də artıq satışdan çıxarılıb. Avqustun əvvəllərində isə növbəti partiya aşkar olunaraq götürülüb. Hökumət hesab edir ki, təhlükəli preparatlar İspaniyanın cənub hissəsində 30 aptekə paylanılıb. "Farma-Química Sur SL" şirkəti müvəqqəti olaraq lisenziyadan məhrum edilib və hazırda dərman istehsalı və satışı ilə məşğul ola bilməz.

Təşkilat nümayəndələri güman edir ki, yararsız preparatlar Hindistan filialında istehsal olunub. Hökumətin verdiyi məlumata görə, səhv tərkibli "omeprazol" yalnız uşaqlarda "qulyabanı sindromu" yaradır, böyüklərə isə təsir etmir. Qeyd olunur ki, dərman qəbulunu dayandırdıqda, pasiyentlərin bədənindəki tüklənmə azalır.

Sputnik Azərbaycan-ın əməkdaşı "Farma-Química Sur SL" şirkətinin istehsalı olan dərmanların Azərbaycan-a idxal edilib-edilmədiyini araşdırıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova sorğumuza cavab olaraq bildirib ki, sözügedən şirkətin dərmanlarının qeydiyyatı üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət olunmayıb: "Qeyd etdiyiniz şirkətin dərmanları Dövlət Reyestrində qeydiyyata alınmayıb. Məqalədə də qeyd edilib ki, dərmanın tərkibində "minoksidil" aşkarlanıb. Yəni üzə çıxan fəsadın "omeprazol" təsir edici maddə ilə əlaqəsi yoxdur".

44
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

79
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

79
COVİD-19 xəstəsi, arxiv şəkli

TƏBİB sədri COVİD-19-un yeni əlamətlərini açıqladı

324
(Yenilənib 18:18 03.07.2020)
Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir

BAKI, 3 iyul – Sputnik. “Son vaxtlar koronavirusa yoluxmanın xəstəliyi olmayan və yaşı gənc olanlarda da ağırlaşma ilə nəticələndiyinin şahidi oluruq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin hazırda çox ciddi yeni klinik əlamətləri meydana çıxmaqdadır: “Xəstəlik həm mərkəzi sinir sistemini zədələyə bilir, həm laxtalanma sisteminə çox ciddi təsir edir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir. Diabet xəstələrində çox ağır patologiyalara səbəb olur. Genetik faktorlar burada çox önəmlidir. Xəstəliyin autoimmun xarakterdə keçməsi baxımından xəstəliyi ailələr şəklində ağır şəkildə keçirənləri görürük. Təəssüflər olsun ki, yoluxma sayı artdıqca və daha çox əhali arasında yayıldıqca ağır keçirilən halların da şahidi oluruq”.

324
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı daha bir milyon artdı

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0