Süni qida

Nazirlik həyəcan təbili çaldı Anaları süni qidalara yönəldirlər

242
(Yenilənib 12:48 27.08.2019)
Göstəriş olmadan süni qida təyin edən həkimlərin aşkar edilməsi üçün müvafiq tədbirlər hazırlanır

BAKI, 27 avqust — Sputnik. Süni qida qəbulunun adi hala çevrilməsi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, bəzən anaları süni qidalara yönəldənlərə rast gəlinir: "Yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Bu məqsədlə UNİCEF-in "Körpə dostu klinikası" təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin iştirakı ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb. Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Layihənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, layihənin mərhələləri işlənib. İşin I mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də qeysəriyyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk bir saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və süni qida qəbulunun adi hala çevrilməməsinin vacibliyini analara izah etməkdir. Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin aşkar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur. Ana olmağa hazırlaşan əziz qadınlarımız, doğum evlərində olarkən körpənizi yalnız ana südü ilə qidalandıracağınızı qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizi həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın!"

Nazirlik bildirir ki, ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin: "Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını ödəyir. Əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur. Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Əziz analar, unutmayın ki, ən effektiv südgətirici vasitə – sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!"

242
Polis postu, arxiv şəkli

Azərbaycanın bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı - koronavirusa görə

13
(Yenilənib 12:43 09.07.2020)
Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər

BAKI, 9 iyul — Sputnik. Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir.

Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.

13
Teqlər:
post, polis, Azərbaycan, Xaçmaz, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi
İnsanlar avtobusda, arxiv şəkli

Gərək Bakı boşala, yoxsa...

81
(Yenilənib 11:54 09.07.2020)
"Koronavirus testi verməklə ölkədən çıxışa icazə verilir, amma bölgələrə getməyə - yox. Bakıda hər il yayda əhali sayı azalırdı. Bu yay əhalinin mütləq əksəriyyəti paytaxtdadır" - E.Muradlı

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. İyul ayının 20-dək ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğundan metronun fəaliyyəti dayandırılıb. Hazırda metro stansiyaları arası sərnişinlər ekspres avtobuslarla daşınır. Amma mövcud vəziyyət göstərir ki, pik saatlarda ekspres avtobuslarda da sıxlıq yaşanır. 

Metronun fəaliyyətinin dayandırılması koronavirus pandemiyası dövründə virusa yoluxma hallarının qarşısını almaq məqsədi daşısa da, hazırda əks vəziyyət müşahidə olunur. Çünki ictimai nəqliyyatda sıxlıq virusun yayılması üçün münbit şərait yaradıb. Sputnik Azərbaycan ictimai nəqliyyatda pandemiya dövründə virusa yoluxma riskini azaltmaq üçün daha hansı tədbirlərin görülməli olduğunu araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ictimai nəqliyyatda virusa yoluxmanı azaltmaq üçün bütün zəruri tədbirlər görülüb: "Metronun bağlanması ilə yük düşüb avtobusların üzərinə. Bu gün sərnişin yükünü götürmək üçün bütün avtobuslar səfərbər olunub. Amma real vəziyyət göstərir ki, avtobus çatışmazlığı yenə də hiss olunur. Bu isə təbiidir. Çünki metronun sərnişindaşıma ilə bağlı gördüyü işi avtobuslar yerinə yetirə bilməz. Hazırda avtobuslarla sərnişinlərin tələbatını ödəməyə çalışırlar.

Çox təəssüf ki, Bakıda tramvay və trolleybus xətləri söküldüyündən sərnişindaşıma xidmətini ancaq avtobuslarla yerinə yetirmək mümkündür. Taksi xidmətindən gündəlik istifadə isə hər kəsin cibinə uyğun deyil. Ona görə də düşünürəm ki, çıxış yolu avtobuslara sərnişin tələbatını azaltmaqdır. Türkiyədən il ərzində 300 ədəd avtobus gətirildi. Bugünkü vəziyyət göstərir ki, avtobus çatışmazlığı var. Bunu isə qısa müddətdə təmin etmək mümkün deyil.

Ona görə də çıxış yolu ancaq avtobuslara tələbatı azaltmaqdır ki, çox təəssüf ki, bu da Operativ Qərargahın səhv qərarları üzündən mümkün deyil. Problemi metronu bağlamaqla həll etmək mümkün deyil. Həmin sərnişinlər mənzil başına çatdırılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah paytaxtda əhali sıxlığını azaltmalıdır. Bu gün virusa yoluxmanı sürətləndirən amil bu sıxlıqdır. Koronavirus testi verməklə ölkədən çıxışa icazə verilir, amma bölgələrə getməyə - yox. Bakıda hər il yayda əhali sayı azalırdı. Bu yay əhalinin mütləq əksəriyyəti paytaxtdadır. Onlar da gündəlik ehtiyacları üçün şəhərə çıxmağa, avtobuslardan istifadə etməyə məcburdurlar. Belə gedişlə virusa yoluxmanı azaltmaq mümkün deyil. Çıxış yolu avtobus sayını artırmaq yox, Bakıdakı sıxlığı azaltmaqdır ki, Operativ Qərargahın səhv qərarları ucbatından bu günədək bunu etmək mümkün olmayıb".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud vəziyyət nəzarət altındadır: "Ekspres avtobuslarla biz çalışırıq ki, sərnişindaşıma təmin olunsun. Amma pik saatlarda yenə də sıxlıq müşahidə olunur. Ona görə də, biz gündəlik ekspres xətlər üzrə sıxlığı nəzarətdə saxlayırıq. Daha çox sıxlıq M2 xəttindədir. Hansı xətdə sıxlıq varsa, o istiqamətə avtobus cəlb edirik. Səhər saatlarında Xalqlar Dostluğu istiqamətindən şəhərə doğru sərnişin axını müşahidə olunur.  Amma axşam sıxlığı əks istiqamətdə müşahidə edirik. Ona görə də nəzarətçilər gündəlik xətləri, sərnişin axınını öyrənir, həmin xətlər üzrə avtobus sayı artırılır".

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur. Buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. BNA-dan verilən məlumata görə, daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir. Hazırda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilir. Yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə isə 80-dən artıq gündəlik avtobus xəttə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dən artıq avtobus isə ehtiyyat olaraq ekspres xətlərə cəlb edilir. Ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb edilir.

Onu da bildirək ki, artıq bu gündən ekspress xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib. Dəyişikliyə əsasən, iyulun 9-dan ekspress xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspress xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək. Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspress xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

81
Teqlər:
sıxlıq, nəqliyyat, avtobus, Koronavirus, COVID-19, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Biz azalmışıq, onlarsa artıb - ancaq hər gün qucaq-qucağa səfər edirik
Medalın əks tərəfi: Bakı koronavirusun ciddi olduğunu nəhayət anlayıb
Bakıda virusa yoluxmanın kəllə-çarxa çıxdığı ərazilər
Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi
Rayonlara can atan 200 avtomobil postlardan geri qaytarıldı
Berlin, arxiv şəkli

İstanbuldan sonra Berlin: yenə xaricdə istirahətlə "yandıracaqlar"?

0
(Yenilənib 12:29 09.07.2020)
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

 

BAKI, 9 iyul — Sputnik. İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaqlar.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: 

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat bu internet səhifəsindən, digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən videotəlimat hazırlanmışdır: 

0
Əlaqədar
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib