Qızlar elektron siqaret çəkərkən, arxiv şəkli

Elektron siqaretdən ilk ölüm faktı qeydə alındı

47
(Yenilənib 12:49 24.08.2019)
Elektron siqaretdən zərər görənlərin sayı Viskonsində daha çox olub

BAKI, 24 avqust — Sputnik. Amerikada elektron siqaretdən ilk ölüm faktı qeydə alınıb.

  Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın İllinoys ştatında bir kişi siqaret çəkdiyinə görə ağır tənəffüs problemi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə yerli dövlət səhiyyə idarəsindən məlumat verilib.

Qeyd etmək lazımdır ki, bu, elektron siqaretdən baş vermiş ilk ölüm halıdır. Bundan başqa, son həftələrdə elektron siqaret çəkdiyinə görə nəfəsalma problemi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 2 dəfə artıb. Xəstəxanaya 17-38 yaşlarında 22 nəfər yerləşdirilib.

Elektron siqaretdən zərər görənlərin sayı Viskonsində daha çox olub. Belə ki, burada 12 nəfər xəstəxanaya yerləşdirilib. İllinoysda 6, Minnesotada 4 nəfər elektron siqaret çəkdiyinə görə həkim müdaxiləsinə ehtiyac duyub.

47
Teqlər:
təhlükə, ABŞ, ölüm, elektron siqaret
Əlaqədar
Uşaqlara elektron siqaret satılması qadağan edildi
Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur
 Həkim, arxiv şəkli

Yoluxmanın artmasından ən çox həkimlər yorulublar

2
(Yenilənib 11:36 08.08.2020)
"Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür" - Yaqut Qarayeva

BAKI, 8 avqust — Sputnik. Yoluxmanın artmasından ən çox həkimlər, tibb işçiləri yorulublar. Bu cür sərt rejimdə çalışmaqdan onlar da fiziki və mənəvi olaraq usanıblar.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından aşağı olur. Həyatını itirən xəstələrimizin də sayı azalıb. Bu, həkimlərimizin səyi nəticəsində mümkün olub. Nəyə görə yoluxmaların sayını nəzarətdə saxladığımıza gəlincə, hər bir xəstəyə düzgün və keyfiyyətli xidmət göstərmək üçün həkimlərimizin buna ehtiyacı var. Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür.

Bizi çox vaxt qınayırlar ki, insanları qorxuduruq, payızda alovlanma barədə danışırıq. Biz bundan danışmalıyıq,  problemə gözümüzü yummaqla problem yox olmayacaq. Bütün dünyadakı prosesləri izləyirik, görürük ki, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların aşağı düşməsinə rəğmən yeni yoluxmalara hazırlaşırlar".

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
COVİD-19 qarşı eksperemental peyvənd, arxiv şəkli

Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı

158
(Yenilənib 08:15 08.08.2020)
Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

BAKI, 8 avqust — Sputnik. Rusiyada koronavirus əleyhinə peyvəndləri ilk olaraq həssas qruplar – tibb işçiləri və yaşlı şəxslər alacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev bildirib.

Qridnev əlavə edib ki, hazırda preparatın kütləvi şəkildə hazırlanması üzrə "maksimum iş" görülür. Onun sözlərinə görə, peyvəndlənmənin effekti populyasiya immuniteti formalaşdıqdan sonra, virusun ötürülməsi praktiki olaraq mümkün olmadığı vaxt nəzərə çarpacaq: "Lakin bu peyvəndlənənlərin sayından asılı olacaq".

Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - deyə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

158

Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq

0
"Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək" - İqtisadiyyat nazirinin müavini

BAKI, 8 avqust — Sputnik. “Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, bununla yanaşı, dövlət mütəmadi olaraq sahibkarlarla görüşür:

“Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Nazir müqavini qeyd edib ki, bu yaxınlarda Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti ikinci maliyyə paketini təsdiq edib və bu ödənişlərə yaxın zamanlarda başlanılacaq.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hökumətin insanlara yardım etməməsi barədə iddialara cavab verərkən rəsmi qeydiyyatdan keçməyin vacib olduğunu vurğulayıb: "Hökumət sahibkara yardım edir ki, o, işçisini işdən azad etməsin, onun əməkhaqqını ödəməyə davam etsin. Əgər hansısa müəssisədə, restoranda, şadlıq evində işləyənlər əməkhaqqı almırlarsa, deməli, onlar qeydiyyatda olmayıblar və rəsmi işçi sayılmayıblar. Pandemiya dövründə dövlət işçilərin işdən çıxarılmasına moratorium qoyub, özəl qurumlara isə tapşırılıb ki, işçiləri çıxarmasınlar, hökumət yardım edəcək".

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar