Xəstə adam, arxiv şəkli

Adı olmayan yeni təhlükəli "yay xəstəliyi": hər şey halsızlıqdan başlayır

634
(Yenilənib 15:55 24.08.2019)
"Biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər", - pediatr Vaqif Qarayev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Halsızlıq, ürəkbulanma, diareya... Son günlər paytaxtda əhali arasında bu əlamətlərdən şikayətlənənlərin sayı artır. 

Sputnik Azərbaycan həm uşaqlar, həm böyüklər arasında yayılmış bu xəstəliyin səbəbini araşdırıb.

Terapevt Emin Dadaşzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu əlamətlər hansısa kəskin virus infeksiyasının göstəricisi deyil. E. Dadaşzadə bunun mövsümi müşahidə olunan xəstəlik olduğunu söyləyib. O bildirib ki, hər il yay fəslində buna bənzər əlamətlərlə müraciət edən xəstələrin sayı artır. Səbəb isə isti yay günlərində bakteriyaların aktivləşməsi, orqanizmdə inkişafı üçün əlverişli şəraitin yaranmasıdır: “Sadaladığınız əlamətlərlə hər gün bir neçə xəstə bizə müraciət edir. Buna səbəb hansısa virus infeksiyasının yayılması deyil.

Xəstəlik bakteriyaların orqanizmə daxil olması ilə bağlıdır. Ona görə də insanlar yayda qidalanmalarına daha diqqətli yanaşmalıdırlar. Unutmaq olmaz ki, ən passiv bakteriyalar belə isti havada aktivləşir.

Onların müxtəlif yollarla orqanizmə keçmək riski böyükdür. Bəzən belə bakteriyalar içdiyimiz su, qəbul etdiyimiz qida ilə də orqanizmimizə keçə bilər. Çünki isti yay fəslində bakteriyalar üçün əlverişli mühit yaranır.

İnsanlar qida qəbul edərkən gigiyenik qaydalara əməl etməlidirlər. Əllər qışla müqayisədə isti havada tez-tez sabunla yuyulmalıdır. Meyvə-tərəvəz bol su ilə yuyularaq istifadə edilməlidir. Bununla yanaşı, qəti şəkildə tez xarabolan, vaxtı keçmiş qidalar qəbul etmək olmaz. Çimərlik mövsümü olduğundan bəzən insanlar özləri ilə apardıqları qidanı bir neçə saat isti havada saxlamalı, sonra qəbul etməli olurlar. Bu, qətiyyən yolverilməzdir. Bu zaman bakteriyalar mədə-bağırsaq yolu ilə orqanizmə daxil olaraq zəhərlənməyə səbəb olur”.

E.Dadaşzadə isti havalarda fast-fud qidalanmadan qəti şəkildə çəkinməyi tövsiyə edir: "Halsızlıq, ürəkbulanma, diareya zəhərlənmənin əlamətləridir. Törədiciləri isə bakteriyalardır. Ümumiyyətlə, yay fəslində bakteriyaların tez inkişaf etdiyi qidalardan uzaq durmaq məsləhətdir. İsti havalarda insanlar tərəvəz, ağartı məhsullarına üstünlük verməlidirlər. Belə havada ən çox zəhərlənmə halları fast-fudlarla qidalanmadan, köhnə və natəmiz qida qəbul etməkdən yaranır. Bu cür əlamətləri olan xəstələr bəzən ev şəraitində özlərini müalicə edirlər. Halbuki bəzən bakteriyaların orqanizmə düşməsi çox ciddi xəstəliklərə səbəb ola bilər. Mütləq belə xəstələr həkim müayinəsindən keçməli, nəbzləri yoxlanmalı, mədə-bağırsaqları təmizlənməlidir ki, bakteriyalar orqanizmdən xaric olunsun. Əks halda hətta ölüm də qaçılmazdır”.

Pediatr Vaqif Qarayev də Sputnik Azərbaycan-a açıqlamasında uşaqlar arasında sözügedən əlamətlərlə müşahidə olunan xəstəliyə rast gəlindiyini söyləyir. Həmsöhbətimiz deyir ki, yay fəslində mütləq bu mövsümə xas xəstəliklər baş qaldırır: “Demək olmaz ki, bu, hansısa kəskin virus infeksiyasıdır. Amma uşaqlar arasında müşahidə olunur, bu əlamətlərlə bizə də müraciətlər var.

Bakteriyanın yayılması epidemiya həddində olmasa da, yay aylarında bu cür əlamətlərlə müraciət edənlər daha çox olur. Buna da səbəb bakteriyanın qida ilə ilə mədə-bağırsaq yoluna düşməsidir. Ona görə də biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər.

Bundan əlavə, uşaqlara çips, qazlı və rəngli sular, tam bişməmiş qidalar verilməsin. Eyni zamanda uşaqların gigiyenik təmizliyinə xüsusi diqqət yetirilməlidir. Əllərin isti havada tez-tez yuyulması şərtdir ki, uşaqlar bu cür bakteriyalara yaxalanmasınlar. Nəzərə almaq lazımdır ki, bakteriyalar hər yerdə var və onlar isti havada daha təhlükəlidir”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əhali arasında kəskin infeksiya xəstəliyi müşahidə olunmur. Onun sözlərinə görə, hava-damcı infeksiyasına əhali arasında rast gəlinmir. A. Əliyeva müraciətlərin sayında artım olmadığını söyləyib.

634
Teqlər:
isti hava, qida, bakteriya, xəstəlik
Əlaqədar
Bakıda uşaqlar arasında qəribə xəstəlik yayılıb – Diqqətli olun!
Moskvada tələbə qız müəmmalı xəstəlikdən öldü
Azərbaycanda təhlükəli xəstəlik daşıyıcılarının sayı bir milyonu keçir
Onkoloji xəstəliklərlə “mübarizə aparan ərzaqların siyahısı hazırlanıb
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar

7
(Yenilənib 12:40 08.08.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb

BAKI, 8 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 379 517 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 721 375 nəfər vəfat edib, 11 740 071 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 941 min 796 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
 Həkim, arxiv şəkli

Yoluxmanın artmasından ən çox həkimlər yorulublar

5
(Yenilənib 11:36 08.08.2020)
"Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür" - Yaqut Qarayeva

BAKI, 8 avqust — Sputnik. Yoluxmanın artmasından ən çox həkimlər, tibb işçiləri yorulublar. Bu cür sərt rejimdə çalışmaqdan onlar da fiziki və mənəvi olaraq usanıblar.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından aşağı olur. Həyatını itirən xəstələrimizin də sayı azalıb. Bu, həkimlərimizin səyi nəticəsində mümkün olub. Nəyə görə yoluxmaların sayını nəzarətdə saxladığımıza gəlincə, hər bir xəstəyə düzgün və keyfiyyətli xidmət göstərmək üçün həkimlərimizin buna ehtiyacı var. Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür.

Bizi çox vaxt qınayırlar ki, insanları qorxuduruq, payızda alovlanma barədə danışırıq. Biz bundan danışmalıyıq,  problemə gözümüzü yummaqla problem yox olmayacaq. Bütün dünyadakı prosesləri izləyirik, görürük ki, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların aşağı düşməsinə rəğmən yeni yoluxmalara hazırlaşırlar".

5
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

0
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

0
Teqlər:
hava proqnozu