Статья в газете о раке, фото из архива

Onkoloji xəstəliklərlə “mübarizə aparan ərzaqların siyahısı hazırlanıb

226
(Yenilənib 21:16 18.08.2019)
Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir

BAKI, 18 avqust - Sputnik. Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.

AZƏRTAC xəbər verir ki, Li onkologiya ilə mübarizədə ən effektli vasitə ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir.

Li özünün “xərçəngə qarşı pəhriz”ini “Eat to Beat Disease: The New Science of How Your Body Can Heal Itself” (“Xəstəliyə qalib gəlməkdən ötrü yeyin: sizin bədəninizin özünü necə sağaltması barədə yeni elm”) adlı kitabında təqdim edib.

Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir.

Li öz pəhrizində yoqurta və kimçiyə - Koreya ədviyyatları qatılmış, əsasən Pekin kələmindən hazırlanan Koreya yeməyinə xüsusi yer ayırıb.

Bundan başqa, Li düzgün qidalanmada qoz-fındığın, giləmeyvənin və kartofun əsas rolundan yazır. O, həmçinin öz kitabında almaya, xüsusən alma sidrinə (alma şərabı) böyük yer ayırır.

O, kitabında bu və ya digər ərzaqdan nə üçün istifadə olunmasını başa salır, həmçinin daha çox tərəvəz qəbulunun zəruriliyindən bəhs edir.

“Bizim genetik taleyimiz doğulmaq faktı ilə qabaqcadan müəyyən edilməyib. Genom özü dəyişməz olaraq qalmaqdadır, lakin müəyyən genlər ətraf amillərin təsiri altında dəyişmək qabiliyyətini saxlamaqdadır. Yəni hər şey sənin nə yediyindən, hansı havanı udmağından asılıdır...”, - Li yazır.

226
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar

0
(Yenilənib 12:40 08.08.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb

BAKI, 8 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 379 517 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 721 375 nəfər vəfat edib, 11 740 071 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 941 min 796 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
 Həkim, arxiv şəkli

Yoluxmanın artmasından ən çox həkimlər yorulublar

3
(Yenilənib 11:36 08.08.2020)
"Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür" - Yaqut Qarayeva

BAKI, 8 avqust — Sputnik. Yoluxmanın artmasından ən çox həkimlər, tibb işçiləri yorulublar. Bu cür sərt rejimdə çalışmaqdan onlar da fiziki və mənəvi olaraq usanıblar.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından aşağı olur. Həyatını itirən xəstələrimizin də sayı azalıb. Bu, həkimlərimizin səyi nəticəsində mümkün olub. Nəyə görə yoluxmaların sayını nəzarətdə saxladığımıza gəlincə, hər bir xəstəyə düzgün və keyfiyyətli xidmət göstərmək üçün həkimlərimizin buna ehtiyacı var. Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür.

Bizi çox vaxt qınayırlar ki, insanları qorxuduruq, payızda alovlanma barədə danışırıq. Biz bundan danışmalıyıq,  problemə gözümüzü yummaqla problem yox olmayacaq. Bütün dünyadakı prosesləri izləyirik, görürük ki, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların aşağı düşməsinə rəğmən yeni yoluxmalara hazırlaşırlar".

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər