Ürək ağrısı

Döş xərçəngi, diabet işemiyanın ilkin səbəbi açıqlandı - ofis işçiləri üçün xəbərdarlıq

93
(Yenilənib 12:08 11.08.2019)
"Fiziki yüklənmə rasional olmalı, heç bir halda insana zərər vurmamalıdır"

BAKI, 11 avqust — Sputnik. Döş və bağırsaq xərçəngi, diabet və ürəyin işemik xəstəliklərinin əsas səbəbi açıqlanıb.

Hər üç işemik xəstəlik halından biri mütləq kifayət qədər fiziki aktivliyin olması səbəbindən yaranır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün Facebook səhifəsində yazıb.

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fiziki aktivliyin olmaması dünyadakı ölümlərin 6%-nin səbəbidir, - nazir müavini qeyd edib. - Əgər konkretləşdirsək, döş və bağırsaq xərçəngi xəstəliklərinin 25%-ə qədəri, diabetin 27%-i və ürəyin işemik xəstəliyi hallarının təxminən 30%-i passiv həyat tərzi keçirilməsi səbəbindən yaranır".

Salaqay qeyd edib ki, fiziki aktivlik hər bir insanın həyatının vacib hissəsinə çevrilməlidir: "Ancaq fiziki yüklənmə rasional olmalı, heç bir halda insana zərər vurmamalıdır". 

Müntəzəm olaraq idmanla məşğul olmaq, nazir müavininin fikrincə, hipertoniya, ürək-damar, bəzi onkoloji xəstəliklərin, depressiyanın qarşısını alır, insanın ümumi vəziyyətini yaxşılaşdırır.

93
Teqlər:
ürək-damar xəstəlikləri, diabet, süd vəzinin xərçəngi, xərçəng riski, xərçəng, xəstəlik
 Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub

32
Ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.

BAKI, 30 may - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb.

Bu gün Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.

32
Bakının mərkəzində tibbi maskada olan gənc, arxiv şəkli

Bakıda yoluxma niyə sürətlə artır? Həkim açıqladı

38
(Yenilənib 20:07 29.05.2020)
“Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır"

BAKI, 29 may — Sputnik. Koronavirusa yoluxanların sayı artıq üçrəqəmlidir. Virusa laqeyd yanaşdığımız üçün özümüz özümüzü yoluxdururuq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu tanınmış pediatr Vaqif Qarayev son günlər koronavirusa yoluxmanın artmasından danışarkən deyib.

Həkim bildirib ki, yoluxmanın artmasına səbəb insanların xəstəliyə artıq laqeyd yanaşması, virusun olmasına inanmamasıdır: “Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır. Karantinin sərtliyindən hamı gileylənirdi. İstilər düşdüyü üçün anlaşılandır. Ancaq nəticə göz önündədir. Yoluxma dinamikası artır, vəziyyət belə davam etdikcə yoluxma daha da artacaq. Qonşu Gürcüstanda karantin tədbirləri bizdəkindən də sərt idi. Orada bu gün də ictimai nəqliyyat işləmir. Nəticədə də gündə 1-3 yoluxma var”.

38
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Bu "rekordu" heç gözləmirdik: yenə ölənlər var
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda COVID-19-dan vəfat edən ən gənc adamın yaşı açıqlandı
Ölkədə koronavirusa ən çox yoluxma haradadır?
Azərbaycanda "COVID 19" pasportunun tətbiqi ilə bağlı müzakirələr aparılır
Taliban hərəkatının döyüşçüsü, arxiv şəkli

Əfqanıstanda 700-dən çox "Taliban" üzvü azad edilib

0
(Yenilənib 23:57 30.05.2020)
Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini bildirib.

BAKI, 30 may - Sputnik. Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini, prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyini bildirib”, - deyə telekanalın məlumatında bildirilir.

0