Beyin tədqiqatları, arxiv şəkli

Alimlər vaxtsız ölümə səbəb olan xəstəliyə çarə tapdılar

38
(Yenilənib 20:27 03.08.2019)
ACO-ların Alsheymer, yan amiotrofik skleroz və Hantinqton xəstəlikləri ilə bağlı sınaqlarda yaxşı nəticə göstərdikləri meydana çıxıb

BAKI, 4 avqust — Sputnik. ABŞ-ın Milli Sağlamlıq institutlarının alimləri siçanlarda prion infeksiyasının törətdiyi skrepi xəstəliyini ləngitməyə nail olublar. Bu infeksiyanın törətdiyi "dəli dana" və Kreytsfeld-Yakob kimi xəstəliklər indiyədək sağalmaz hesab olunur və vaxtsız ölümlərə səbəb olur. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat MedicalXpress-də yayılıb.

Tədqiqatçılar komplementar prinsipi ilə RNK matrisasına birləşərək zülalların sintezinin qarşısını alan RNK-nın qısa molekulları -  ACO-dan (oliqonukleotidlər) istifadə ediblər. Alimlər ACO-nun bir neçə növünü (АСО1 və АСО2) siçanların onurğa beynindəki mayeyə yeridiblər. Gəmiricilərin bəzisini bu inyeksiyadan 14 gün əvvəl, bir hissəsini isə iynə vurulduqdan bir neçə həftə sonra skrepi xəstəliyinə yoluxdurublar.

Yoluxmadan 2 həftə əvvəl ACO1 yeridilən siçanlarda 250 gün müddətində heç bir kliniki əlamət görülməyib və onlar adi siçanlardan 81% çox yaşayıbar. ACO2 isə gəmiricilərin həyatını 2 dəfə uzadıb.

Beyni kiçildən peşə məlum oldu>>

Yoluxmadan sonra yeridilən ACO1 isə daha səmərəli olub və həyatı 55% uzadıb.

Alimlər ACO-ları insanların prion xəstəlikərində istifadə etmək niyyətindədirlər. ACO-ların Alsheymer, yan amiotrofik skleroz və Hantinqton xəstəlikləri ilə bağlı sınaqlarda yaxşı nəticə göstərdikləri meydana çıxıb.

38
Teqlər:
tədqiqat, xəstəlik, infeksiya, beyin
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

31
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

31
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə