Ümumdünya Səhiyyə Təşkilatının loqosu, arxiv şəkli

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycandakı vəziyyəti dəyərləndirdi

58
(Yenilənib 20:33 01.08.2019)
Son üç ildə Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətini qaldırmaq və səhiyyədə fərdi ödəmələri azaltmaq üçün böyük işlər görülür

BAKI, 1 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı "dəyirmi masa" keçirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, mütəxəssislərdən ibarət missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir.

Tədbir Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Məclis, BMT agentlikləri, digər beynəlxalq təşkilatlar və səfirlik nümayəndələrini bir araya gətirib.

"Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin köməyilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur", – ÜST-ün Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı açılış nitqində bildirib.

"Bu missiya dəyişməkdə olan yeni sistemi müşahidə etmək və layihənin müvəffəqiyyətlə həyata keçməsi istiqamətində ÜST-ün tövsiyələrinin hazırlanması üçün böyük imkandır. Güclü səhiyyə sistemi dayanıqlı inkişafın təməlidir, o cümlədən hər kəsin istədiyi və layiq olduğu firavan gələcək üçün əsas şərtdir", – Dr. Hande Harmancı sözünü tamamlayıb.

O qeyd edib ki, son üç ildə Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətini qaldırmaq və səhiyyədə fərdi ödəmələri azaltmaq üçün böyük işlər görülür.

Bu ilin əvvəlindən ÜST peşəkar bələdçiliyi və texniki bilikləri ilə birbaşa müşahidə imkanları yaradaraq milli texniki ekspertlərin təcrübəsi və öz mütəxəssislərindən ibarət texniki missiyanın tövsiyələri ilə Azərbaycanı bu sahədə dəstəkləyir.

Növbəti addım Azərbaycana uyğun ən yaxşı modeli hazırlamaq üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı pilot layihə üzərində işləməkdir. İlkin səhiyyə xidmətləri hər kəsin ilk təmasda olduğu xidmətdir və burada xəstəliklərin böyük bir hissəsini daha yaxşı aşkar və müalicə etmək imkanı olduğundan böyük əhəmiyyət daşıyır.

58
Teqlər:
missiya, Azərbaycan, ÜST, səhiyyə
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

39
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

39
Evdə xəstə

Qriplə soyuqdəymənin fərqi bu imiş

69
(Yenilənib 03:44 28.09.2020)
Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir.

BAKI, 28 sentyabr — Sputnik. "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.

O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.

Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

69
Teqlər:
hərarət, öskürək, fərq, soyuqdəymə, qrip
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Birinci Dünya Müharibəsində ölümlərin sayının artması bu səbəbdən olub
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
İki məşhur ürək dərmanını təhlükəli saydılar

Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib

0
"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!"

BAKI, 29 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: "Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olublar. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

"Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!" - deyə Sahibə Qafarova qeyd edib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Tərtər atəş altında: poçt binasına və xəstəxanaya top mərmiləri düşüb
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
Gecə ərzində gərgin döyüşlər davam edib - video