Qan analizi

Ciyərimizi dağıdan viruslar - ikinci dozanı almayanda ömrümüzü yeyir

195
(Yenilənib 10:14 30.07.2019)
"Bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var"

BAKI, 29 iyul — Sputnik. İnsanların çoxu Hepatit B virusunun qan və cinsi yolla ötürüldüyünü düşünürlər. Əslində belə deyilmiş, yəni bu virus sadə məişət həyatında da yoluxa bilir.

Bu gün Mərkəzi Gömrük Hospitalında Dünya Hepatitlə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi də bu günün əhəmiyyətinə toxunub, hepatitin törətdiyi fəsadları, ona qarşı mübarizə yollarını, bu virusun yayılma səbəblərini, həmçinin müalicəsini açıqlayıb.

Mircəlal Kazımi
Mircəlal Kazımi

M.Kazimi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını ortaya qoymaqdır. Bu gün artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur.

"Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması sanki xatırlatma xarakteri daşıyır: insanlar bilsinlər ki, bu problem nə qədər aktual və ciddidir", - deyə o, qeyd edib.

Həkimin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da Hepatit B və Hepatit C virusundan əziyyət çəkən xəstələr çoxdur. Bu xəstələrin böyük bir əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır: "Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə müəyyən zaman çərçivəsində ən ciddi fəsadlarla üz-üzə qalırlar. Belə olan anda həmin xəstələr zamanında müalicə edilib araşdırılmalıdır. Xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar. Təbii ki, Hepatit B virusuna qarşı bütün dünyada illərdir artıq istifadə olunan, həmçinin ölkəmizdə də olan peyvəndlər var.

İnsanlar, həmçinin, bütün tibb işçiləri daxil olmaq şərtilə hepatit əleyhinə mütləq peyvənd vurdurmalıdırlar. Çünki Hepatit B əleyhinə peyvənd vurulduğu zaman insanların Hepatit B virusuna yoluxma riski 0-a bərabər olur. Peyvənd vurulmadığı halda bu insanlar hepatit B virusuna yoluxurlar və nəticədə bu, qaraciyər xərçəngi, qaraciyər serrozu kimi ciddi fəsadlara səbəb olur. Hepatit B əleyhinə peyvəndləmə məqsədilə ölkəmizdə uşaqlar doğulduğu zaman doğum evlərində onlara peyvəndin ilk dozası vurulur. Lakin sonrakı dozası bir çox hallarda vurulmur.

Biz görürük ki, valideynlər bu məsələyə qeyri-ciddi yanaşırlar. Yəni növbəti peyvəndləmə prosesinə uşaqları aparmırlar".

M. Kazımi əlavə edib ki, hepatit B virusu nəinki insanların bildiyi qan və cinsi yolla, eyni zamanda ailəiçi münasibətlərdə də yoluxa bilir. Hepatit B virusu adi bədən suları, tər, öpüş və məişətdəki digər ünsiyyət vasitələri ilə yoluxa bilir. Ona görə Hepatit B əleyhinə peyvəndlərin vurulması mütləqdir. Bu peyvəndlər vurulduğu zaman xəstələr özlərini ciddi risklərdən qorumuş olurlar.

Onun sözlərinə görə, Hepatit C virusuna qarşı istifadə olunan peyvənd yoxdur. Lakin bu, araşdırma mərhələsindədir.

"Hazırda isə Hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları daha keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsi ilə tamamilə təmizlənib getmək şansı var. Buna baxmayaraq, Hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarır. Bizim xəstələrin arasında təxminən 750-yə yaxın insan orqan transplantasiyası əməliyyatı olunub. Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası etdiyimiz xəstələr var. Qaraciyər transplantasiyası etdiyimiz xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir. Baxın görün, bu problem nə dərəcədə böyük və aktualdır. Təbii ki, əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır. Xəstələr soruşurlar ki, onlarda bundan sonra hepatit B və C virusuna yoluxma ehtimalı yarana bilərmi? Bu əməliyyatın əhəmiyyəti varmı? Bəli, bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var", - deyə həkim vurğulayıb.

Belə ki, Hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrə əməliyyatdan qabaqkı müddətdə xüsusi müalicə verilir və bu müalicənin təsiri altında Hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür.

 Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrə də eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda Hepatit B virusunu təmizləyir və bu xəstələr sağlam insana çevrilirlər. Gələcəkdə həmin insanlara bu virus geri qayıtmır.

"Bir qrup xəstələr də var ki, Hepatit B virusundan əziyyət çəkdikləri halda onlara əlavə Hepatit D virusu da qoşulur. Bu halda da xəstələrə orqan köçürülməsi olar. Bizim xəstələrimiz arasında Hepatit D virusuna yoluxmuş insanlar da var. Məsələ burasındadır ki, Hepatit B virusunu təmizlədikdə Hepatit D virusu da avtomatik təmizlənir və xəstələr sağlam həyata qovuşurlar", - deyən həkim bildirib ki, Hepatit B virusuna vurulan peyvəndlər 95% insanların gələcək həyatında onları bu virusdan qorumuş olur.

195
Teqlər:
xəstəlik, virus, Hepatit C, hepatit B, Hepatit
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

5
(Yenilənib 17:55 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
yoluxma, Koronavirus, COVID-19, Ermənistan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

144
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

144
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19
Füzuli rayonu, arxiv şəkli

Qondarma "Dağlıq Qarabağ" məsələsi Azərbaycan itirdi?

10
Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan xalqı zaman-zaman erməni təcavüzü ilə qarşılaşmalı olub.

Belə ki, erməni millətçilərinin 1988-ci ildə başladıqları "Qarabağ" fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu.

Bu barədə Sputnik Azərbaycan-a danışan tarixçi Kamran İsmayılov bildirib ki, qondarma "Dağlıq Qarabağ" məsələsinin qızışdırılması fonunda Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı ən zorakı üsullarla öz doğma torpaqlarından, yurd-yuvalarından deportasiya olundu.

K.İsmayılovun sözlərinə görə, etnik təmizləmə zamanı on minlərlə insan qətlə yetirilir, şikəst edilir və itkin düşür. Onların əmlakı, var-dövləti erməni quldurları tələfindən ələ keçirilir, nəticədə didərgin düşən azərbaycanlı əhaliyə milyardlarla ziyan vurulurdu: "Ermənistan SSR-dən ilk qaçqın dalğası məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin və Ermənistan Respublikasının əhatə etdiyi bütün torpaqların "türksüzləşdirilməsi" prosesi başa çatdırıldı".

Tarixçi bildirir ki, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Belə ki, təkcə 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılır ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89 idi.

"Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşayırdılar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Tam olmayan məlumatlara görə, 1988-1989-cu illər soyqırımı zamanı Ermənistanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülən və yaralanan soydaşlarımızın tam siyahısı deyil. Təxmini hesablamalara görə, kolxozlarda azərbaycanlılara məxsus 43789 baş iribuynuzlu, 454660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalıb".

Onun sözlərinə görə, azərbaycanlı qaçqınlar Ermənistanda təqribən 677.870 ha torpaq fondu qoyub gəliblər. Bütün bunların hamısının dəyəri isə, təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. 1988-ci ilə kimi Ermənistan SSR-də 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt iki, üç, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib.

© Official website of President of Azerbaijan Republic

Erməni millətçilərinin mənəvi və fiziki terroru, kütləvi qətliamlar nəticəsində Ermənistan vətəndaşı olan 20 minə yaxın müsəlman kürd, eləcə də yezidilər, ruslar, malakanlar da bu ölkəni tərk etməli olublar.

Və 1988-1989-cu illərdə bütün qeyri-erməni əhalinin deportasiya edilməsi nəticəsində Ermənistan Respublikası monoetnik erməni dövlətinə çevrildi.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub.

Tarixçi bildirir ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da ermənilər dünya ictimaiyyətinə "fars" məscidi kimi təqdim edirlər.

1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi.

Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən məhv edilib. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinərək, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

10
Teqlər:
azad edilmə, Dağlıq Qarabağ münaqişǝsi, erməni təxribatı, Azərbaycanın işğal altında olan əraziləri, Şuşa şəhərinin işğalı, Qarabağın işğalı, Ağdamın işğalı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə