Körpə, arxiv şəkli

Dünyada 40 milyon körpə Azərbaycanda da yayılan bu xəstəlikdən əziyyət çəkir

76
Elmi dildə bu cür şəxslər yağlı tiplər adlandırılır

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Bu gün dünyada uşaqlar arasında çəkisizliklə yanaşı artıq çəki də böyük bir problemə çevrilib. BMT-nin son məlumatına görə, təkcə ötən il ərzində 5 yaşadək olan uşaqların 40 milyonu artıq çəkidən əziyyət çəkib. Bu isə dünyada 5 yaşadək olan uşaqların 5.9 faizi deməkdir. Erkən yaşlarda artıq çəki və piylənmə eyni zamanda gələcək nəslin xəstə olacağı ilə bağlı narahatlıq doğurmaqla yanaşı, həm də bir sıra sağalmaz xəstəliklərin yaranacağından xəbər verir.

Daha öncəki illərdə rəqəmlər necə dəyişib?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilə aid məlumatına nəzər yetirdikdə isə son iki ildə köklükdən əziyyət çəkən uşaqların sayında müəyyən qədər azalmaların olduğunu görə bilərik. Belə ki, 2016-cı ilin məlumatına görə, dünyada 5 yaşadək olan uşaqların 41 milyonu artıq çəkidən əziyyət çəkib. Həmin ilə aid məlumatda qeyd olunur ki, 5-19 yaşlı uşaq və yeniyetmələr arasında artıq çəkidən əziyyət çəkənlərin sayı 340 milyon olub ki, onların da 39 faizini 18 yaşlılar təşkil edib.

Ötən iki illə müqayisədə rəqəmlərdə azalmalar olsa da, öncəki 44 illə müqayisədə belə uşaqların sayında artım gözə çarpır. Belə ki, BMT-nin rəqəmlərinə görə, 1975-ci illə müqayisədə bu cür uşaqların, yeniyetmələrin sayında 16 faiz artım olub. ÜST qeyd edir ki, uşaqlar arasında artıq çəki çəkisizliklə müqayisədə daha çox ölümlərə səbəb olur.

ÜST-ün hesabatlarında bildirilir ki, artıq çəkidən əziyyət çəkən 5 yaşdan kiçik uşaqların təxminən yarısı Asiya qitəsində yaşayır.

Maraqlıdır, Azərbaycanda artıq çəkili uşaqların sayında necə, artım varmı?

Azərbaycan Tibb Universitetinin həkim-dietoloqu Leyla Zülfüqarlı Sputnik Azərbaycan-a açıqlamasında artıq çəkiyə səbəb olan amillərdən və ölkədəki mövcud durumdan danışdı:

"Bu gün dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da uşaqlar arasında artıq çəki problemə çevrilib. Son 9-10 illə müqayisədə bizə olan belə müraciətlərin sayında da artım olub. Bu gün uşaqlarda piylənmənin olması gələcək nəslin də bu bəla ilə qarşılaşacağı deməkdir. Piylənmə qızlarla yanaşı gələcəkdə oğlanlar üçün də fəsadsız olmayacaq. Piylənmədən əziyyət çəkən kişilərdə nəsilartırma qabiliyyəti zəifləyəcək".

Mütəxəssis bildirir ki, qeyri-sağlam qidalanma ilə yanaşı genetik faktorlar da piylənməyə səbəb olur: "Bəzi piylənmə bətndaxili inkişafla əlaqədar olaraq meydana çıxır. Bunun baş verməməsi üçün ana hamilə olarkən düzgün qidalanmaya fikir verməlidir. Bundan başqa, etiraf edim ki, bu gün GMO qidalar, qida terroru, süni qidalar artdıqca, piylənmənin yaşı daha da cavanlaşacaq".

"Artıq milli sterotipləri qırmağın zamanıdır. Valideynləri şirin çaydan imtina etməyə səsləyirəm. Çünki kökəlməyə səbəb olan faktorlar arasında şirin çayın, şəkərin, qəndin rolu mühümdür. Ümumiyyətlə, bu cür məhsullardan tamamilə imtina etmək lazımdır. Lakin buna əməl edilmədiyi üçün və digər faktorların da təsirini nəzərə alaraq, biz bu gün gənc nəslin genetikasında dəyişikliyi görürük. Onlar alçaq boylu, piyli, artıq çəkili olmaları ilə seçilir. Elmi dildə bu cür şəxslər yağlı tiplər adlandırılır".

Ekspert öncəki illərlə müqayisədə kiçik çəkidə doğulanların sayında azalmaların olduğunu vurğulayıb.

76
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Fəlakətin bir addımlığındayıq"

23
(Yenilənib 15:25 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

23
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya
Koronavirus testi, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

48
(Yenilənib 14:47 29.11.2020)
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

48
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla