Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov

Azərbaycanlı aktyor ölümdən döndü qaraciyər köçürüldü

512
(Yenilənib 19:06 09.07.2019)
Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra artıq ayılıb və özünü qənaətbəxş hiss edir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünən Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Bir müddət öncə Y. Səlimovun qaraciyərində ciddi pozuntular aşkarlanıb və o, təcili surətdə xəstəxanaya aparılıb.

Aktyorun müraciətindən dərhal sonra əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb. Yaxınlarının verdiyi məlumata görə, Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra ayılıb və özünü qənaətbəxş hiss edir. O, bu işdə ona yardımçı olmuş hər bir şəxsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.

512
İnsan qanı ilə dolu paket, arxiv şəkli

Gəlin, qan verin! Koronavirusdan sağalanlara yeni müraciət

5
(Yenilənib 19:27 06.07.2020)
"Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir"

BAKI, 6 iyul — Sputnik. Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilərlər: "Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir".

Qeyd edək ki, Mərkəzi Qan Bankı bir müddət əvvəl də koronavirus infeksiyasından sağalmış insanların ağır xəstələrə donor olmaları ilə bağlı müraciət etmişdi. Mərkəzi Qan Bankının əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.

5
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Prezident birinci xanım modul tipli hospitalın açılışında

12
(Yenilənib 16:38 06.07.2020)
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

BAKI, 6 iyul – Sputnik. İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Sputnik Azrbaycan xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

  • Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Bakıda koronaviruslu xəstələr üçün tikilən yeni modul tipli hospital
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

12
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

0
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

0