Səhiyyə Nazirliyi, arxiv şəkli

Nazirlik "köçmək" istəyən tələbələrin işinə baxacaq

34
(Yenilənib 19:53 02.07.2019)
Səhiyyə Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı elan yaydı

BAKI, 2 iyul — Sputnik. Səhiyyə Nazirliyi ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrlə bağlı məlumat paylaşıb.

Sputnik Azərbaycan-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, xarici ölkələrdə və Azərbaycan Respublikasında ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə Azərbaycan Respublikasında digər təhsil müəssisəsinə köçürülməsi, bərpa olunması məsələləri ilə bağlı müraciətlər 12.07.2019-cu il tarixinə kimi təqdim olunmalıdır.

Məlumata görə, bu müraciətlər Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

 

 

34