Uşaq pediatrın qəbulunda, arxiv şəkli

Qurd dərmanımız da əlimizdən alındı

110
(Yenilənib 17:18 27.06.2019)
Artıq uşaqlarda qurd invaziyalarına yoluxma azaldığından dərmanlar verilmir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Azərbaycanda uşaqlar üçün qurd əleyhinə preparatların verilməsi dayandırılıb.

Bu məlumatı Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov verib: "Hər il şəhər və rayonlar üzrə Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) tövsiyəsinə uyğun olaraq helmintozların profilaktikası məqsədilə 1 həb 400 mq-lıq "Albendazol" preparatı verilirdi. Artıq uşaqlarda qurd invaziyalarına yoluxma azaldığından dərmanlar verilmir".

S.Məmmədov bu gün özəl klinikalarında qurdla bağlı müayinələrin çoxunun düzgün aparılmadığını söyləyib. O, bildirib ki, qurd invaziyasının diaqnozunu qoymaq üçün ya qurdun özü tapılmalıdır, yaxud da onun yumurtası: "Bəzən immunoferment analiz yolu ilə qurdun təyinini təklif edənlər də var. Bu əsasən özəl klinikalardır. Bu düzgün, obyektiv müayinə üsulu deyil. Parazitlər insan orqanizmində əsasən bağırsaqlarda yaşayırlar. Qurdların hansısa aparatla təmizlənməsi mümkün olan bir şey deyil. Çox təəssüf ki, bu gün özəl klinikalar vətəndaşları aldadrlar".

110