Qəhvə dənələri

Qəhvə necə arıqladır - alimlərdən yeni təcrübə

34
(Yenilənib 00:33 27.06.2019)
Eksperimentdə hərarətin yaranma zonalarını vizuallaşdıran texnologiyadan istifadə olunub

BAKI, 26 iyun — Sputnik. Nottingem Universitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, qəhvə artıq çəkidən qurtulmağa kömək edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə alimlər "Scientific Reports" jurnalında dərc etdikləri məqalədə məlumat verirlər.

Məlum olub ki, kofein qəhvəyi piy toxumasının yaranmasını stimullaşdırır. Bu, məməlilərin orqanizmində olan iki tip (digəri ağdır) piydən biridir və kaloriləri yandıraraq istiliyin ayrılması funksiyasını yerinə yetirməklə orqanizmdə hərarətin tənzimlənməsi prosesində vacib rol oynayır. 

“Pozitiv enerji məkanı” – Bakının ilk pişik kafesi necə görünür
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

"Qəhvəyi piy toxumalarının funksiyası digərlərindən fərqlənir: o, adətən soyuğa reaksiya verərək şəkəri və yağları yandırmaqla enerji istehsal edir. Onun aktivliyinin artması orqanizmə qandakı şəkərin səviyyəsinə nəzarət etməyə və lipid profilini yaxşılaşdırmağa kömək edir. Əvvəllər insan orqanizmində onun aktivliyini stimullaşdırmağın yolunu heç kim bilmirdi", - təcrübənin həmmüəllifi Maykl Saymonds yazıb. 

Qəhvənin artıq çəki ilə mübarizədə faydalı olduğu barədə əvvəllər də alimlər fikir yürüdürdülər, bu dəfə isə britaniyalılar nəzəriyyəni təsdiqləmək üçün eksperiment keçiriblər. Əvvəlcə onlar siçanlar üzərində qəhvənin optimal dozasını müəyyən ediblər, sonra isə orqanizmdə istiliyin yaranma zonalarını vizuallaşdıran texnologiya vasitəsilə insanlar üzərində təcrübə keçiblər.

Əvvəlki təcrübələr göstərmişdi ki, qəhvəyi piy toxuması əsasən boyun ətrafında toplanır. Texnika göstərib ki, qəhvə içiləndən sonra bədənin məhz bu nahiyəsi - yəni boyun ətrafı istilənir.

34
Yatmış qız, arxiv şəkli

Yuxu dərmanları öldürə bilər - Həkim

50
Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq doğru qərar ala bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur.

BAKI, 15 avqust — Sputnik. Həkim məsləhəti olmadan qəbul edilən yuxu dərmanları xroniki yuxu və psixoloji pozuntulardan ölümə qədər ciddi fəsadlara səbəb ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professor Muhammet Emin Akkoyunlu bildirib ki, həkim tövsiyəsi olmadan qəbul edilən yuxu dərmanları həqiqi yuxunu təqlid edən yalançı bir yuxu deformasiyasına səbəb olur.

"Yatmamışdan əvvəl televizora və komputerə baxmaq, beyində kortizon kimi stres hormonlarını yaradaraq yuxunu dağıdır. Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq düzgün qərar verə bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur" - deyə həkim bildirib.

Həkimin fikrincə, dərmanla yuxuya getmək beyində film izlmək kimi bir görüntü yaradır.

"Yuxu real və rahatlıq verici olmalıdır. Bununla yanaşı əlavə bir xəstəliyiniz varsa, yuxu dərmanları sizə zərər verə bilər. Əlacə xəstəliyiniz olmasa belə, nəfəs almağa çətinlik yaradan bu dərmanlar ölümə qədər bir çox problemlərə yol aça bilər. Bu səbəbdən yuxu dərmanlarını dost tövsiyəsi ilə qəbul etməyin. Yuxu dərmanlarını istəklərinizlə qəbul etməyin. Keyfiyyətli yuxu gigiyena qaydalrına əməl etməkdən keçir. Yata bilmək üçün qaranlıq bir yer hazırlayın və özünüzə zaman verin. Buna baxmayaarq yata bilmirsinizsə, həkimə müraciət edin" - deyə o vurğulayıb.

50
Laboratoriya işçisi, arxiv şəkli

Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası

3
(Yenilənib 23:07 14.08.2020)
Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

BAKI, 15 avqust — Sputnik. Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.

Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.

Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.

Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.

Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.

Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.

Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir.

3
Teqlər:
müalicə, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

0
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

0